"Utair” Samara-Bakı istiqamətində uçuşların sayını artırıb
Rusiyanın “Utair” aviaşirkəti noyabr ayından Samara-Bakı istiqamətində əlavə reys açır və bu aviareys hər çərşənbə axşamı yerinə yetiriləcək.
Aviaşirkətin yaydığı məlumata görə, cümə axşamı və bazar günləri də uçuşlar qrafikə uyğun olaraq qalır.
Samaradan Bakıya gediş saat 13:40-da, dönüş isə - saat 17:05-də həyata keçiriləcək. Səyahət vaxtı ümumilikdə 2 saat 20 dəqiqə çəkəcək.
“Utair - Sərnişin Hava Yolları"nın prezidenti Oleq Semenov qeyd edib ki, Samaradan Azərbaycana uçuşlar bu yay açılıb: “Biz regionlarla MDB ölkələri arasında hava əlaqəsini inkişaf etdirməyi vacib hesab edirik, ona görə də indi mövcud marşrutlar üzrə uçuşların sayını artırır və yeni reyslərin tətbiqini planlaşdırırıq”.
Xatırladaq ki, aviaşirkət Moskva-Bakı, Qroznı-Bakı, Samara-Bakı, Ufa-Bakı, Sankt-Peterburq-Bakı, Tümen-Bakı, Surqut-Bakı, Moskva-Gəncə, Moksva-Naxçıvan istiqamətində reyslər təşkil edir.
Qeyd edək ki, aviaşirkət Rusiyanın regionlarında sərnişin və yük daşımalarını həyata keçirir. "Utair" marşrut şəbəkəsində 100-dən çox istiqamət var. Əsas vəzifə Volqaboyunu, Sibiri, Mərkəzi Rusiyanı və ölkənin cənubunu birbaşa reyslərlə birləşdirməkdir. “Utair” Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, BƏƏ, Tacikistan, Türkiyə və Özbəkistan şəhərlərinə uçuşlar həyata keçirir.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 16 saat əvvəl
-
16 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























