PAŞA Həyat universitetlərlə sıx əməkdaşlığı uğurla davam edir
(®) PAŞA Həyat təhsil sahəsində olan töhfəsinin gücləndirilməsi, təhsil keyfiyyətinin və tələbələrin peşə fəaliyyətinin yaxşılaşdırılması çərçivəsində universitetlərlə əməkdaşlığı uğurla davam etdirir.
Ölkənin lider həyat sığorta şirkəti olan PAŞA Həyat oktyabr ayı ərzində Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün onların peşəkar inkişafına yönəldilmiş bir sıra tədbirlər təşkil etmişdir və eyni zamanda, həmin universitetlər tərəfindən təşkil olunmuş tədbilərdə də aktiv iştirak edərək tələbələrin gələcək karyera həyatlarına dair dəyərli töhfələr vermişdir.
Belə ki, 20 oktyabr tarixində Azərbaycan Texniki Universitetində və 26 oktyabr tarixində Bakı Dövlət Universitetində baş tutan Karyera Sərgisi tədbirlərinə PAŞA Həyat qatılaraq aktiv vakansiyaları tələbələr və məzunlarla bölüşüb. Həmçinin, 27 oktyabr tarixində PAŞA Həyat Bakı Dövlət Universitetinin tələbələri üçün Marketinq mərkəzinin rəhbəri Ruslan Ələkbərov tərəfindən “Marketing in one day” adlı bilik mübadiləsi sessiyası təşkil olunub.
Universitetlərin təşkil etdiyi tədbirlərlə yanaşı PAŞA Həyat öz təşəbbüsü ilə 22 oktyabr tarixində Bakı Ali Neft Məktəbi ilə olan əməkdaşlıq çərçivəsində sözügedən universitetin tələbələri üçün “Nə? Harada? Nə zaman?” İntellektual oyununu keçirib. Qeyd edək ki, 200-dən çox tələbənin iştirak etdiyi oyunda ümumilikdə 38 komanda yarışıb və nəticədə təşkil edilən intellektual oyun iştirakçı sayına görə rekord nəticə göstərib. Sonda ilk 3 yeri tutan komandalar kuboklar və digər hədiyyələrlə mükafatlandırılıb.
Bundan əlavə, 21 oktyabr tarixində PAŞA Həyat əməkdaşları Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrini şirkətin inzibati binasında qonaq qismində qəbul edərək şirkət haqqında ətraflı məlumatları bölüşüb və onları şirkətlə tanış edib.
Əlavə olaraq bildirək ki, “PAŞA Həyat Sığorta” ASC bütün fəaliyyəti dövrü ərzində təhsil sahəsinə və gənc nəslin yetişdirilməsi və təcrübə qazanması prosesinə xüsusi diqqət ayırır. Bu cür tədbirlərin təşkili və həyata keçirilməsi kadr potensialının gücləndirilməsi məqsədini daşıyır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 20 d. əvvəl
-
-
28 d. əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
40 d. əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
47 d. əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
56 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
2 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın







.jpg)
















.jpg)

