"Yenilənmiş proqnozu yerinə yetirəcəyik"
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev büdcə öhdəliyinin icrasında problemin olmayacağına əmin olduğunu bəyan edib.
DGK sədri bunu deyib: "Cari ilin ilk 6 ayı ərzində Dövlət Gömrük Komitəsi büdcə daxilolmaları ilə bağlı proqnoza tam əməl edib. Ümid edirəm ki, yenidən baxılan dövlət büdcəsində nəzərdə tutulan proqnozu da yerinə yetirəcəyik".
Qeyd edək ki, Milli Məclisin iyunun 30-da keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişikliklər təsdiqlənib. Dəyişikliyə əsasən, 2017-ci ilin dövlət büdcəsinin gəlirləri 511 mln. manat və ya 3,1% artırılaraq 16 mlrd. 766 mln. manat, xərcləri isə 1 mlrd. 41 mln. manat artırılaraq 17 mlrd. 941 mln. manat proqnozlaşdırılıb. Gəlirlərdə artım Mərkəzi Bankın mənfəətindən ayırmalar üzrə 250 mln. manat, Vergilər Nazirliyi üzrə 135 mln. manat, Dövlət Gömrük Komitəsi üzrə 50 mln. manat və büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə 76 mln. manat təşkil edəcək.
Qanuna əsasən, Dövlət Gömrük komitəsinin xətti ilə təmin edilən daxilolmaların proqnozu 2 mlrd. 250 mln. manat təşkil edir ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 50 mln. manat və ya 2,3% çoxdur.
Gömrük orqanlarının xətti ilə gəlir növləri üzrə artım aşağıdakı kimi proqnozlaşdırılır:
- əlavə dəyər vergisi üzrə 1 mlrd. 674 mln. manat daxilolma nəzərdə tutulub ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 35 mln. manat və ya 2,1% çoxdur;
- gömrük rüsumları üzrə 469 mln. manat daxilolma nəzərdə tutulur ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 15 mln. manat və ya 3,3% çoxdur. Bu daxilolmaların artımına səbəb beynəlxalq maliyyə-kredit qurumları ilə birgə keçirilən infrastruktur layihələrində Azərbaycan tərəfinin iştirak payı üzrə 2017-ci ildə əlavə tələb olunan vəsaitlər hesabına idxal olunacaq mallar üzrə əlavə dəyər vergisinin və gömrük rüsumlarının ödənilməsidir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur




.jpg)
.jpg)







.jpg)







