Korporativ müştərilərə ödənişsiz məvacib layihələri!
Operativ, sürətli və keyfiyyətli xidməti ilə seçilən Expressbank yeni kampaniya elan edir - əmək haqqı layihəsi üzrə 1 illik VISA Electron kartların ödənişsiz əsasda hazırlanması və müştərilərə təqdim edilməsi.
“Xidmət bizdən, qazanmaq sizdən” kampaniyası çərçivəsində təqdim olunan bu xidmət hüquqi şəxslər və fərdi sahibkarlar üçün rahat, təhlükəsiz və sərfəli ödəniş vasitəsi olan əmək haqqı kartlarını təklif edir.
Expressbank-ın əmək haqqı kartlarının bir çox xüsusi üstünlükləri var. Belə ki, Expressbank-ınbankomatlarında əmək haqqı və digər debet kartlarından nağdlaşdırma zamanı heç bir xidmət haqqı tutulmur, yəni komissiya 0% təşkil edir. Üstəlik Expressbank-ın plastik kartları ExpressClub layihəsində iştirak etdiyindən, əmək haqqı kartları ilə də müştərilər hər alış-veriş edərkən 20%-dək “cashback” qazanırlar.
Bundan əlavə sərfəli xidmət tarifləri, müştərilərə fərdi yanaşma, 3D Secure texnologiyası və s. əlavə imkanlar Expressbank-ın əmək haqqı kartlarını müştərilər üçün daha cəlbedici edir.
Qeyd edək ki, hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulan kampaniya 15.07.2017 tarixlərinədək keçərlidir. Kampaniyaya qoşulmaq üçün Bank-la müqavilə bağlamaq, müvafiq sənədlər zərfini və əməkdaşların siyahısını təqdim etmək yetərlidir.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.azsaytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 39 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
1 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım


























