Sərvəti 1 ildə 92 milyard dollar "əriyib"
İlon Maskın sərvəti Twitter-i aldıqdan sonra sahib olduğu Tesla-nın səhmlərinin ucuzlaşması ilə yenidən azalmaqdadır. Məşhur milyarderin sərvəti son bir ildə 92 milyard dollar "əriyib".
Elektrik nəqliyyat vasitələri istehsalçısı ABŞ-ın Tesla şirkətinin Baş direktoru İlon Maskın (Elon Musk) sərvəti yenidən azalmaqdadır. Çünki investorlar, Maskın, Twitter-i aldıqdan sonra elektrik avtomobil istehsalçısı Tesla-ya diqqət yetirmək üçün daha az vaxtının ola biləcəyi ilə bağlı narahatdırlar.
Marja xəbər verir ki, Tesla səhmləri ucuzlaşdıqca milyarderin sərvəti azalır. Tesla səhmlərinin ucuzlaşması investorların Muskın bu yaxınlarda aldığı Twitter-ə daha çox diqqət yetirəcəyindən qorxmaları ilə bağlıdır. İnvestorlar hesab edirlər ki, Tesla şirkətinə diqqət zəifləyə bilər. Bu səbəbdən bir çox investor Tesla səhmlərini satır. Qısası, investorlar qorxurlar ki, Twitter-i alan İlon Mask elektromobillər sahəsinə kifayət qədər diqqət yetirmir, halbuki bu seqmentdə rəqabət artmaqdadır.
Muskın sərvətinin əsas hissəsini təşkil edən elektrik avtomobil istehsalçısı Tesla-nın səhmləri 177 dollara qədər ucuzlaşıb. Bakı vaxtı ilə saat 08:00-da Tesla səhmləri 7,2% ucuzlaşma ilə 177,59 dollardan ticarət olunub. Sonuncu dəfə Tesla səhmləri 2020-ci ilin noyabrında belə aşağı səviyyədə ticarət edib.
Tesla səhmləri bu il S&P 500 İndeksində 19% və Nasdaq 100 İndeksində 32% azalma ilə müqayisədə 45% ucuzlaşıb.
Tesla səhmləri ən yüksək səviyyəsinə çatanda Maskın sərvəti 340 milyard dollar təşkil etmişdi.
Bloomberg Milyarderlər İndeksinə görə, Maskın sərvəti bu il 92 milyard dollar azalaraq 177 milyard dollara düşüb. Məşhur milyarder hələ də dünyanın ən varlı adamı olsa da, onun sərvəti, cəmi bir il əvvəl Teslanın səhmlərinin cəmi dəyəri rekord həddə - 410 milyard dollara çatanda 340 milyard dollar ətrafında idi.
Oktyabrın 27-də 51 yaşlı milyarderin Twitter-i ələ keçirməsi başa çatıb və şirkət işçilərinin yarısını dərhal işdən çıxarıb.
General Motors və Volkswagen AG kimi şirkətlər, satınalma tamamlandıqdan sonra Maskın rəhbərliyi altında şirkətin necə dəyişəcəyini daha yaxşı başa düşmək üçün saytda ödənişli reklamları dayandırdıqlarını açıqlayıblar.
Digər tərəfdən, Tesla ABŞ xaricindəki ən mühüm bazarında iqtisadi təzyiqlər ilə mübarizə aparır.
Şirkət ötən ay analitiklərin proqnozlarına uyğun gəlməyən üçüncü rüb satışları haqqında məlumat verib. Mask Çindəki iqtisadi yavaşlamanın və artan faiz dərəcələrinin mənfi təsirini etiraf edib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 13 saat sonra
- 1 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
1 saat əvvəl
Azərbaycanda "MAN" elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq
-
1 saat əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
4 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
5 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
5 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
Ən çox oxunanlar

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
