Nazir: Azərbaycanda su ehtiyatları azalır
“Dünya əhalisinin böyük hissəsi su qıtlığından əziyyət çəkir və gələcəkdə bu problemin daha da kəskinləşəcəyi gözlənilir. Ölkəmizdə də iqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarının azalması tendensiyası müşahidə olunur”.
Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Azərbaycanda Yaşıl Transformasiya üzrə Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda konfransda deyib.
Onun sözlərinə görə, su ehtiyatlarının səmərəli istifadəsi, itkilərin azaldılması, yeni su mənbələrinin yaradılması, idarəetmənin elektronlaşdırılması və digər istiqamətlərdə genişmiqyaslı tədbirlər həyata keçirilir:
“Su ehtiyatlarından səmərəli istifadəsi ilə bağlı geniş maarifləndirmə işləri aparılır. Sosial-iqtisadi inkişafla əlaqədar ətraf mühitin artan təsirlərdən mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasında bütün maraqlı tərəflər iştirak etməlidir. Özəl sektor və vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlıq qurulmalıdır. Ətraf mühitin deqradasiyasına səbəb ola biləcək fəaliyyətlərin qarşısının alınması istiqamətində tədbirlər daha da gücləndirilməlidir. Yaşıl iqtisadiyyata keçid mərhələsində suya qənaət, xammaldan təkrar istifadə, kənd təsərrüfatında ekoloji təmiz istehsal prinsipləri, sənayedə ətraf mühitə dost texnologiyaların tətbiqi, su hövzələrinin, bioloji müxtəlifliyin və meşələrin qorunması kimi məsələlərdə daha məsuliyyətlə hərəkət etməli, beynəlxalq əməkdaşlığı gücləndirməli, ekoloji problemlərin həllinə gətirib çıxara biləcək bütün imkanlardan istifadə etməliyik.
2030-cu ilə qədər dayanıqlı inkişaf gündəliyi konteksində görüləcək bu tədbirlər təkcə Azərbaycanın deyil, bütün dünyada, regionda dayanıqlı inkişafa təkan verəcək. Bu fəaliyyətin həyata keçirilməsində BMT nəzdindəki təşkilat və proqramlardan daha geniş əməkdaşlıq imkanları olacaq”.
XXX
Azərbaycanda su ehtiyatlarının azalması tendensiyası müşahidə olunur.
Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Azərbaycanda Yaşıl Transformasiya üzrə Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda konfransda deyib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
10 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























