DSMF-nin 2023-cü ildə gözlənilən gəlirləri və xərcləri açıqlandı
Gələn il Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 6 milyard 263,97 milyon manat proqnozlaşdırılır.
Bu, Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün büdcə layihəsinə rəyində əksini tapıb.
Bu, 2022-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən (2022-ci ilin əvvəlinə fondun xəzinə hesablarında qalmış 570,07 milyon manat maliyyə ehtiyatları nəzərə alınmadan) 657,70 milyon manat və ya 11,73 faiz çoxdur.
Fondun 2023-cü il üzrə məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərin həcminin 4 milyard 783,6 milyon manat və ya ümumi gəlirlərin 76,37 faizi qədər təşkil edəcəyi proqnozlaşdırılır. Bu da 2022-ci ilin təsdiqlənmiş proqnoz məbləği göstərici ilə müqayisədə 9,67 faiz və ya 421,9 milyon manat çoxdur.
2023-cü ildə dövlət büdcəsindən ayrılmaların (transfertin) məbləğinin proqnozu 1 milyard 467,77 milyon manat nəzərdə tutulur ki, bu da 2022-ci ilin təsdiq olunmuş proqnozundan 235,80 milyon manat və ya 19,4 faiz çoxdur.
Fondun 2023-cü ildə xərcləri 6 milyard 263,97 milyon manat proqnozlaşdırılır ki, bu da 2022-ci ilin təsdiqlənmiş proqnoz göstəricisinə nisbətən 657,7 milyon manat və ya 11,73 faiz çoxdur. Növbəti il üçün fondun balanslaşdırılmamış büdcəsi isə 7 milyard 204,15 milyon manat və ya proqnozlaşdırılmış xərclərdən 980,68 milyon manat çox hesablanıb.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
APA
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 20 d. əvvəl
-
- 2 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB























