Yeni nəsil mühasiblər hazırlayan "Hazır Mühasib" platforması yaradılıb – İLK MƏZUNLAR SERTİFİKAT ALDI
(©) Barattson şirkəti maliyyə eksperti Orxan Məmmədzadənin birgə təşəbbüsü ilə kadrların təhsili və inkişafı sahəsində bir ilkə imza ataraq yeni nəsil mühasibləri hazırlayan "Hazır Mühasib" Platformasını yaratmışdır.
Bu istiqamətdə təlimləri uğurlu nəticə ilə bitirən məzunlar üçün sertifikat təqdimetmə günü keçirilib. Bundan əlavə, Milli Sertifikat imtahanında iştirak edib yüksək nəticə əldə edən namizədlər Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri Vahid Novruzovun imzası ilə təsdiqlənən Milli Sertifikatla təltif olunaraq Palatanın assosiativ üzvü statusuna sahib olublar. Təlim zamanı fərqlənən iştirakçılar isə "qızıl" sertifikatlarla təltif olunmuşdur.
"Hazır Mühasib" Platformasının məzunları təlimdə qazandıqları bilik və bacarıqlar sayəsində müxtəlif sahələrdə fəaliyyət göstərə biləcək ixtisaslı mühasib kimi yetişmişdir. Təlim prosesində onlar maliyyə uçotu, idarəetmə və vergi uçotuna dair yeni və praktiki bilikləri mənimsəmiş, həmçinin hazırda mütəxəssislərin istifadə etdiyi 1C proqramını praktiki çalışmalar vasitəsilə öyrənmişlər. "Hazır Mühasib" Platforması real biznes dünyasının incəliklərini və mühasibatlığın dərinliklərini Barattson tələbələrinə ustalıqla təqdim etmişdir.
Barattson şirkətinin hədəfi müasir dövrün ən nüfuzlu sahəsi olan maliyyə sahəsinin ölkə miqyasında peşəkar kadrlarını formalaşdırmaq olduğundan, sözün əsl mənasında, “mühasibatlığın liderləri” kateqoriyasına daxil olan mühasiblər məhz Barattson təlimlərinin iştirakçılarıdır.
Əgər siz də karyeranızı bu sahədə qurmaq və maliyyə sahəsinin peşəkarı olmaq istəyirsinizsə "www.barattson.com" saytı və "Barattson" sosial media səhifələrinə (instagram, facebook, linkedIn) daxil olaraq ətraflı məlumat əldə edə, həmçinin qeyd edilən nömrələrlə əlaqə saxlaya bilərsiniz:
+994 (55) 502 44 92
+994 (55) 502 44 95
Sosial media hesablarımız:
https://www.linkedin.com/company/barattson
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
10 d. əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
27 d. əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
45 d. əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
1 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
1 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bu bankın kredit portfeli 50 milyon manatdan çox artaraq 700 milyon manatı aşıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Ən çox oxunanlar
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb








.jpg)












