Mərkəzi Bankın Naxçıvan İdarəsi Beynəlxalq Əmanət Günü ilə bağlı tədbir keçirib
31 oktyabr 2022-ci il tarixində Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində “Bank Savadlılığı Layihəsi” çərçivəsində 31 oktyabr Beynəlxalq Əmanət Günü ilə bağlı tədbir keçirilmişdir.
İdarənin yaydığı məlumatda bildirilir ki, tədbirə bank filial və şöbələrinin nümayəndələri və Naxçıvan Dövlət Universiteti, Naxçıvan Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, və Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri cəlb olunmuşlar.
Tədbiri giriş sözü ilə İqtisadi təhlil və statistika şöbəsinin aparıcı mütəxəssisi Mərhəmət Bayramov açaraq tədbirin keçirilməsində əsas məqsədin tələbələrin bank savadlılığının artırılması, həmçinin bank məhsul və xidmətləri ilə bağlı əməliyyatlarda daha çevik və düzgün qərarların verilməsini dəstəkləmək və onlarda bank sektoruna inamı gücləndirməkdən ibarət olduğunu bildirmişdir.
Tədbir zamanı iştirakçılara Mərkəzi Bankın Bank Savadlılığı Komandasının üzvləri Mərhəmət Bayramov və Samil Quliyev tərəfindən əmanət anlayışı, onun formaları, əmanətin tarixi və faydaları, qənaətin məqsədi, qənaət vərdişləri, şəxsi və ailə büdcəsinin idarə olunması, muxtar respublikada banklar tərəfindən cəlb olunan əmanətlərin həcmi, əmanətlər üzrə faiz bölgüsü, əmanətlərin sığortalanması və s. mövzular elektron slaydlarla tədris olunmuş və iştirakçıların mövzu ətrafında sualları ətraflı cavablandırılmışdır.
Bununla yanaşı, tədbir zamanı tələbələrə banklardan cəlb olunan nümayəndələr tərəfindən bankların bank-maliyyə fəaliyyətini əks etdirən müxtəlif bukletlər paylanılmış və onlara banklarda mövcud olan bank məhsul və xidmətləri barədə geniş məlumat verilmişdir.
Sonda iştirakçılar arasında oyun əsaslı tədris platforması olan “Kahoot” sistemi vasitəsilə yarış keçirilmiş və qalib şəxslərə komandanın üzvü Ceyhun İbrahimov tərəfindən oxunması zəruri olan kitablar, bank savadlılığının artırılmasına dəstək verici vəsaitlər, bloknotlar və başqa hədiyyələr təqdim edilmişdir.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi “Bank Savadlılığı Layihəsi” çərçivəsində əhalinin bank sahəsində bilik və bacarıqlarının artırılması istiqamətində bundan sonra da silsilə tədbirləri davam etdirəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
41 d. əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
-
48 d. əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 49 d. əvvəl
-
1 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 1 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
14 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 14 saat əvvəl
-
15 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
Rəsmi məzənnələr açıqlandı
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Ən çox oxunanlar
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"























