Britaniyadan gələn siyasi xəbərlər fonunda funt dollara nisbətdə bahalaşıb
Çərşənbə axşamı Moskva vaxtı ilə 8,25 funt-sterlinq dollara nisbətdə bahalaşaraq 1,1292 dollara çatıb.
Funt sterlinq dollar qarşısında bahalaşır.
Marja.az xəbər verir ki, investorlar Böyük Britaniyanın yeni baş nazirinin seçilməsi ilə bağlı xəbərləri qiymətləndirirlər.
Funt-sterlinq/Dollar məzənnəsi əvvəlki 1.1275$-dan 1.1292$-a yüksəlib.
Analitiklər bildirir ki, "bir çoxları yeni baş naziri sabitlik mənbəyi kimi görür, xüsusən də bazarlarda ciddi volatilliyin yaşandığı Liz Trassın xaotik fəaliyyəti ilə müqayisədə".
Avro/dollar məzənnəsi eyni zamanda əvvəlki 0,9874 dollardan 0,9873 dollara yüksəlib.
Dollar indeksi isə (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,04% azalaraq 111,94 bənd təşkil edib.
Bazar ertəsi Rişi Sunak Britaniyanın hakim Mühafizəkarlar Partiyasının rəhbəri seçilib və baş nazir vəzifəsini də icra edəcək. Sunak bu il Britaniyanın üçüncü baş naziri olacaq. İyul ayında Boris Conson baş nazir postunu tərk etmək niyyətində olduğunu bəyan edib. Sentyabrda onun yerinə seçilən Liz Trass cəmi 44 gün baş nazir oldu və eyni zamanda iqtisadiyyata yeni “dəstək planı” ilə bağlı tənqidlərlə üzləşdi və hökumətin həyata keçirmək üçün dövlət borcunun həcmini artıracağından qorxaraq istefa verdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
11 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
12 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
13 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
13 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 13 saat əvvəl
-
13 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
14 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 14 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
