Fransanın sement nəhəngi "İŞİD-ə yardım" cinayətini qəbul etdi - 778 MİLYON DOLLAR CƏRİMƏ ÖDƏYƏCƏK
Fransanın sement nəhəngi Lafarge, ABŞ-ın Nyu-York şəhərindəki Bruklin Federal Məhkəməsində qaldırılan iddiada "İŞİD-ə kömək" cinayətini etiraf edərək, terror təşkilatı İŞİD-ə Suriyada zavodunu işlətmək üçün pul ödədiyinə görə 777,8 milyon dollar cərimə ödəyəcəyi açıqlanıb. Lafarge yaydığı açıqlamada, "Lafarge və onun törəmə şirkəti Lafarge Suriya, ayrı-ayrı idarəçilərin (menecerlərin) hərəkətlərinə görə məsuliyyəti öz üzərinə götürdü.Bu hadisənin baş verməsindən çox təəssüflənirik" bildirib.
ABŞ-da məhkəmədə, Fransanın sement nəhəngi Lafarge, Suriyada zavodunun fəaliyyətini davam etdirməsi üçün terror təşkilatı İŞİD-ə pul ödədiyini qəbul edib.
Marja.az xəbər verir ki, Lafarge şirkəti 777,8 milyon dollar cərimə ödəyəcək.
Şirkətin 2013-cü ilin avqust ayından 2014-cü ilin oktyabr ayına qədər İŞİD-ə təqribən 17 milyon dollar ödədiyi bildirilir.
2015-ci ildə İsveçrədə yerləşən Holcim tərəfindən satın alınan Lafarge-nin yaydığı məlumatda, “Lafarge və Lafarge Cement Suriya, davranışları Lafarge-ın davranış kodeksini açıq şəkildə pozan müvafiq menecerlərinin hərəkətlərinə görə məsuliyyəti öz üzərinə götürdü. Biz bu davranışa görə çox təəssüflənirik və bu problemi həll etmək üçün ABŞ Ədliyyə Nazirliyi ilə işləmişik”,- deyilir.
2018-ci ildə Fransada da Lafarge, İŞİD-ə etdiyi ödənişlər ilə insanlığa qarşı cinayətlərin ortağı olmaqda ittiham olunub. Lafarge Fransada davam edən istintaqda Fransa hakimiyyəti ilə əməkdaşlığa davam etdiyini bildirib.
Qeyd edək ki, İsveçrənin Holcim şirkəti "Holcim Azərbaycan" ASC-nin də əsas səhmdarıdır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat əvvəl
Azərbaycanın alüminium nəhəngi böyüyür - mənfəəti 5,7 dəfə artıb
-
6 saat əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
-
6 saat əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
-
6 saat əvvəl
Mahmud Abbas: HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar
- 6 saat əvvəl
-
6 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı Fond Birjasından "FINCA Azerbaijan"ın istiqrazları ilə bağlı qərar
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Son Xəbərlər

Azərbaycanın alüminium nəhəngi böyüyür - mənfəəti 5,7 dəfə artıb

Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər

“Azkredit"in xalis mənfəəti artıb

Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Ən çox oxunanlar

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ

"Bu emissiya Bank of Baku-nun güclü imicini ortaya qoydu" - MÜSAHİBƏ

Qatar ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin daşımalarına başlanılır - QİYMƏTLƏR

Sabahdan Bakı-Ağdam müntəzəm avtobus reysi işə düşəcək - Gediş haqqı qiyməti məlum oldu
