Sığorta sektorun mənfəətliliyi əsasən həyat sığorta şirkətləri hesabına formalaşır
Azərbaycanın sığorta sektorun mənfəətliliyi əsasən həyat sığorta şirkətləri hesabına formalaşır.
Marja.az xəbər verir ki, bu, 2022-ci ilin 1-ci yarımili üzrə Mərkəzi Bankın Maliyyə sabitliyi hesabatında bildirilir.
Qeyd edilib ki, 2021-c ilin 1-ci yarısında həyat sığortası sektorunun mənfəətliliyi artmışdır:
"Belə ki, sektorun xalis mənfəəti 47% və ya 11 milyon manat artaraq 34 milyon manat təşkil etmişdir. Mənfəətlilik əsasən yarımil ərzində əməliyyat gəlirlərinin 53 milyon manat artımı, əməliyyat xərclərinin isə 57 milyon manat azalması hesabına təmin edilib. Mənfəətliyə mənfi təsir edən amil isə 97 milyon manat məbləğində ehtiyatların dəyişməsi olmuşdur. Qeyri-həyat sektorunun mənfəətliyi isə 31% (4.6 milyon manat) artaraq 19.4 milyon manat təşkil etmişdir. Bu artımın əsas drayveri kimi xalis sığorta ehtiyatında dəyişmələrin ötən illə müqayisədə 56% (38 milyon manat) azalması çıxış etmişdir. Eyni zamanda, əsas əməliyyat xərclərinin 7.8 milyon manat azalması və digər gəlirlərin 2.7 milyon manat artması xalis mənfəətin artımını şərtləndirmişdir".
Eyni zamanda, sığorta sektoru üzrə ROA əmsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0.6 faiz bəndi azalaraq 5.8% olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 18 saat əvvəl
-
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?

















.jpg)



