Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Nəhəng investisiya bankının baş direktorundan pessimist açıqlama

JPMorgan-ın baş direktoru Jamie Dimon, altı-doqquz ay ərzində ABŞ iqtisadiyyatının tənəzzülə girəcəyini proqnozlaşdırıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Nəhəng investisiya bankının baş direktorundan pessimist açıqlama
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nəhəng investisiya bankı JPMorgan-ın baş direktoru Jamie Dimon ABŞ və qlobal iqtisadiyyatların gələn il tənəzzülə uğrayacağı barədə xəbərdarlıq edib.

Marja xəbər verir ki, CNBC-yə danışan Jamie Dimon ABŞ-ı və qlobal iqtisadiyyatı böhrana sürükləyə biləcək ciddi problemlərin olduğunu deyib və onları artan inflyasiya, gözləniləndən daha yüksək faiz dərəcələri, FED-in sərt pul siyasətini başa çatdırmasının yan təsirləri və Rusiya-Ukrayna müharibəsi kimi sadalayıb.

Dimonun sözlərinə görə, S&P 500 indeksində geriləmə üçün çox yer var. Bu il 25% düşən indeksdə daha 20 faizlik azalmanın asanlıqla yaşana biləcəyini qeyd edən Dimon, “Növbəti 20 faizlik eniş birincidən çox daha ağrılı olacaq. Fed-in növbəti 100 bəndlik faiz dərəcəsi artırması ilk 100-dən daha ağrılı olacaq, çünki insanlar buna öyrəşməyiblər",- bildirib.

İqtisadiyyat üzrə Nobel mükafatı alan FED-in keçmiş sədri Ben Bernanke maliyyə sabitliyi ilə bağlı risklərə diqqət çəkib. Bernanke ABŞ-ın maliyyə sisteminin qlobal maliyyə böhranı illərinə nisbətən daha möhkəm olmasına baxmayaraq, dünyanın qalan hissəsində maliyyə sabitliyinin risk altında olduğunu, inkişaf etməkdə olan ölkələrin çox güclü dollar, məzənnə riski və kapital axını ilə qarşı-qarşıya olduğunu vurğulayıb. 

11.10.2022 10:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18