"Kollektiv Qərb qlobal ərzaq bazarında "yırtıcıdır""
Rusiya Prezidenti Putinin sözlərinə görə, dünya bazarında ərzağın qiyməti ilin əvvəlindəki səviyyəyə qayıdıb, lakin eyni zamanda 2020-ci illə müqayisədə 40% bahadır.Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı mövsümi tarla işlərinin gedişi ilə bağlı müşavirədə bildirib ki, kollektiv Qərb dünya ərzaq bazarında özünü "yırtıcı" kimi aparır.
O, dünya bazarında ərzağın qiymətinin ilin əvvəlindəki səviyyəsinə qayıtdığını, eyni zamanda 2020-ci illə müqayisədə 40% yüksək olduğunu bildirib.
“Və bu, heç bir mübaliğəsiz, digər şeylərlə yanaşı, fəal şəkildə ərzaq almağa davam edən dünyanın ən zəngin ölkələrinin soyğunçu siyasətinin birbaşa nəticəsidir”, - Putin vurğulayıb.
Putin Ukraynadan taxıl ixracı ilə bağlı vəziyyəti “tam saxtakarlıq” adlandırıb.
"Ukraynadan ixrac edilən taxıl ən yoxsul ölkələrə getməməkdə davam edir. Sentyabrın 23-nə qədər 203 gəmidən yalnız 4-ü belə ölkələrə gedib",- Putin deyib.
Rusiya prezidenti Vladimir Putin Qərbin dünyada ərzaq böhranı törətdiyi indiki şəraitdə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi vəzifəsini qoyub.
"Qərb qlobal ərzaq böhranını təhrik edir. Bu şəraitdə kənd təsərrüfatının inkişaf strategiyamızın tərkib hissəsi kimi biz öz ərzaq təhlükəsizliyimizi təmin etməli, idxal mallarından, o cümlədən avadanlıq, texnika və toxumlardan asılılığımızı azaltmalıyıq", - dövlət başçısı bildirib.
"Qlobal ərzaq böhranına görə məsuliyyət kollektiv Qərbin üzərinə düşür"
"Rusiya taxılının və gübrəsinin ixracına qarşı sanksiyalar qlobal ərzaq böhranını təhdid edir, buna görə məsuliyyət kollektiv Qərbin üzərinə düşür", Rusiya prezidenti Vladimir Putin iclasda deyib.
“Bizim taxılın və gübrələrin xaricə çatdırılmaması, təəssüf ki, hələ də bizim üçün deyil, dünya ərzaq bazarı üçün çətinlik yaradır”, - dövlət başçısı bildirib.
Onun sözlərinə görə, “Rusiyaya qarşı sanksiyalar vəziyyətin daha da pisləşməsinə səbəb olur, qlobal ərzaq böhranının dərinləşməsi təhlükəsi yaradır”.
"Bunun Rusiyanın Donbassda keçirdiyi xüsusi hərbi əməliyyatla qətiyyən heç bir əlaqəsi yoxdur", - Putin vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)








.jpg)








