Kapital Bank “İdeyadan Biznesə” layihəsində iştirak edib
(®) Kapital Bank-ın İnnovasiya Proqramının rəhbəri Taryel Ağazadə “İdeyadan biznesə” (I2B) layihəsi çərçivəsində keçirilən dəyirmi masada iştirak edib.
Tədbir Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Təlim-Tədris Mərkəzində innovasiya sahəsində fəaliyyət göstərən dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə “Milli innovasiya ekosisteminin regional klasterlərinin formalaşması” mövzusunda keçirilib.
Tədbirin əsas məqsədi ekosistem oyunçuları arasında əməkdaşlığın və müzakirələrin təşviqi, baş verən proses və fəaliyyətlər haqqında məlumatlılığın artırılması, eləcə də xüsusilə regionlarda genişmiqyaslı əməkdaşlıq platformasının formalaşdırılmasına diqqət çəkməkdən ibarət olub.
İştirakçılar tərəfindən ölkəmizdə innovasiya ekosistemindəki çətinliklər, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması, innovasiya sahəsində qanunvericilik bazasının formalaşdırılması və innovasiya maliyyələşməsi barədə müzakirələr edilib, tərəfləri maraqlandıran suallar cavablandırılıb. Bundan başqa iştirakçılar bu sahənin inkişafı üçün əhəmiyyət daşıyan 13 istiqamət üzrə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, layihə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Azərbaycan Gənclər Fondunun (AzGF) birgə təşkilatçılığı ilə keçirilib.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 110 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
14 d. əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 27 d. əvvəl
- 35 d. əvvəl
-
44 d. əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 1 saat əvvəl
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Ən çox oxunanlar
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir






















