"Azsığorta" biznes strategiyasında dəyişiklik edib
Şirkət aqrar sığortaya fokuslanır"Azsığorta" biznes strategiyasında dəyişiklik edərək aqrar və əmlak sığortası üzrə satışı genişləndirir.
Şirkət yeni strategiya ilə daha çox aqrar sığortaya fokuslanmağı, o həmçinin hər zaman güclü olduğu əmlak sığortası üzrə portfelini genişləndirməyi hədəfləyir.
Şirkətin yaydığı məlumatda bildirilir ki, ötən il cəmi 90 kənd təsərrüfatı subyekti Azsığorta vasitəsi ilə sığorta təminatı əldə etdiyi halda, cari ilin ilk 7 ayında bu rəqəm 24 dəfə artaraq 2000-i ötmüşdür. Şübhəsiz, şirkətin bu istiqamətə daha çox resurs cəlb etməsi labüddür. Bunu nəzərə alaraq AzsığortaDirektorlar Şurası, avqustun 9-da biznes strategiyasında dəyişiklik etməklə Avtonəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortası üzrə satışlarını dayandırmaq qərarına gəlmişdir. Bu barədə tənzimləyici müvafiq qaydada məlumatlandırılmışdır. Əlbəttə, Azsığorta qüvvədə olan bütün sığorta polisləri üzrə öhdəliklərini tam şəkildə yerinə yetirəcək.
“Azsığorta öz prinsiplərinə sadiq qalaraq şirkətin maliyyə dayanıqlığını qorumaq və müştərilərə hər zaman daha yaxşı xidmət göstərmək üçün çalışır. Hazırda şirkət ölkənin aqrar sığorta sistemi ilə, Aqrar Sığorta Fondu və təsisçilərindən biri olduğumuz Aqrar Sığorta Müştərək Sığorta Şirkəti ilə əməkdaşlığı dərinləşdirərək, kənd təsərrüfatı sığortasına fokuslanır. Eyni zamanda bizim üçün ənənəvi olan əmlak və məsuliyyət sığortası üzrə fəaliyyət də inkişaf etdiriləcək. Əminəm ki, bu yeni istiqamətlə Azsığorta mövqeyini daha da gücləndirəcək, qeyd edilən sığorta növləri üzrə bazara təqdim olunacaq yeni məhsullarla müştərilərin diqqətini cəlb edəcək”, deyə Azsığorta ASC-nin Direktorlar Şurasının sədri Viladi Maniyev bildirib.
Ölkənin kapitallaşmaya görə aparıcı sığorta şirkətlərinin ilk üçlüyünə daxil olan Azsığorta ASC 2006-cı ildən fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
-
6 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
6 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
6 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























