Avropada qazın qiyməti 2000 dollara düşüb
Günün əvvəlindən qazın qiymətində ümumi azalma 8%-dən çox olubCümə axşamı Avropada qazın qiyməti 1000 kubmetr üçün təxminən 2000 dollara düşüb.
ICE London Fond Birjasının məlumatına görə, qiymət iyulun sonundan bəri ilk dəfə 2000 dollara düşüb.
Günün əvvəlindən qazın qiymətində ümumi azalma 8%-dən çoxdur.
Oktyabr fyuçerslərinin dəyəri 1000 kubmetr üçün 2028 dollara geriləyib (MVt/saat üçün 196,05 avro).
Qazın qiymətinin aşağı düşməsi Avropa anbarlarında (UGS) qaz ehtiyatlarının maksimuma yaxınlaşması ilə əlaqədardır - indi anbarlar məcmu olaraq 82,5% doldurulur. Əvvəllər Avropa İttifaqı ölkələri 2022-2023-cü illərin qışına qədər UGS obyektlərini ən azı 80% və sonrakı bütün qış dövrlərində isə 90% doldurmağı öhdəsinə götürmüşdülər.
Eyni zamanda “Şimal axını” hələ də dayandırılıb. Sentyabrın 2-də “Qazprom” xəbər verib ki, “Şimal axını”nda işləyən sonuncu qaz nasos qurğusuna texniki qulluq zamanı yağ sızması aşkar edilib, buna görə holdinq qaz kəməri ilə nəqli tamamilə dayandırmağa məcbur olub. Siemens-in məlumatına görə, mühərriklərdə yağ sızmasının tamamilə aradan qaldırılması ixtisaslaşmış təmir ilə mümkündür.
"Qazprom”un rəhbəri Aleksey Miller bildirib ki, “Siemens” sanksiyalara görə “Şimal axını”ndakı nasosları müntəzəm təmir edə bilmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























