MİDA-nın xalis mənfəti kəskin azalıb
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2021-ci ili 1 milyon 509 min manat xalis mənfəət ilə başa vurub.
Marja xəbər verir ki, Agentlik 2020-ci ili 5 milyon 224 min manat xalis mənfəət ilə bağlamışdı.
Beləliklə, Mənzil İnşaatı Dövlət Agentliyinin xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 3,5 dəfə azalıb.
Xalis mənfəətin azalması kreditlərin ədalətli dəyəri üzrə zərərin və maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə zərərinin artması ilə əlaqədardır.
2020-ci ildə olduğu kimi, 2021-ci ildə MİDA 2,1 milyon manat dövlət yardımı alıb. Ötən il Agentliyin maliyyə gəlirləri 10 milyon 176 min manat təşkil edib. 2020-ci ildə maliyyə gəlirləri 10 milyon 76 min manat olmuşdu.
Mənzil İnşaatı Dövlət Agentliyinin əsas məqsədi Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzil təminatına) şərait yaratmaq üçün onun sərəncamına verilmiş torpaq sahələrində müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən yaşayış binalarının və digər tikinti obyektlərinin tikintisini təşkil etmək, habelə həmin torpaq sahələrindəərazi planlaşdırılması, layihələndirmə və memarlıq sahələrində siyasətin həyata keçirilməsində iştirak etmək və fəaliyyəti əlaqələndirməkdir. Agentlik “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanı ilə yaradılaraq, tabeliyində olan “MİDA” MMC ilə birlikdə Azərbaycan Respublikası ərazisində fəaliyyətə başlamışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























