Dənizkənarı Bulvar İdarəsində 29 milyon manata yaxın zərər
Dənizkənarı Bulvar İdarəsi (DBİ) 2021-ci ili 5 milyon 514 min manat xalis zərərlə başa vurub. Qurum 2020-ci ildən 7 milyon 447 min manat xalis zərərlə çıxmışdı.
Son nəticədə idarənin yığılmış zərəri 23,7% artaraq 28 milyon 735 min manata çatıb.
Ötən il DBİ-nin əsas əməliyyat gəlirləri 13 milyon 752 min manat (əvvəlki ilə nisbətən 7,2% çox), digər gəlirləri 86 min manat (83% çox) təşkil edib.
Bu il yanvarın 1-nə DBİ-nin aktivləri 358 milyon 143 min manat olub ki, bu da illik müqayisədə 1,7% azdır.
Hesabat dövründə qurumun öhdəlikləri 3,4 % azalaraq 14 miylon 283 min manata, balans kapitalı isə 1,6% azlaaraq 343 miylon 860 min manata düşüb.
Xatırladaq ki, DBİ 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,211 milyon manatdır. İdarə Dənizkənarı Milli Parkın, Dövlət Bayrağı Meydanının, Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət və onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.


İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
20 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























