"Qazprom" məsuliyyəti "Siemens"in üzərinə yıxır
“Qazprom”un baş direktorunun müavini Vitali Markelov bildirib ki, “Şimal axını 1” qaz kəmərindəki nasaz avadanlıq "Siemens Energy" şirkəti tərəfindən təmir edilməyincə, qazın Avropanın ən böyük kəməri ilə nəqli mümkün olmayacaq.Ən böyük qaz tədarükçüsü olan Rusiya qaz axınını kəsdikdən sonra Avropa tarixinin ən ciddi təbii qaz böhranı ilə üzləşib. Təbii qaz tədarükünün azalması ilə elektrik enerjisi və qaz qiymətləri bir neçə dəfə artıb.
“Qazprom”, Avropanın əsas qaz təchizatı kəməri olan “Şimal axını 1” xəttindən qaz nəqlini kompressor stansiyalarından birində sızma baş verdiyinə görə dayandırıb.
Marja xəbər verir ki, Rusiyanın Vladivostok şəhərində Şərq İqtisadi Forumuna səfəri zamanı Reuters agentliyinə danışan “Qazprom”un baş direktorunun müavini Vitali Markelov, "Şimal axını 1" ilə qaz nəqlinin nə vaxt başlayacağı ilə bağlı suala, "Siemens-dən soruşmalısınız. Onlar əvvəlcə avadanlıqları təmir etməlidirlər" deyib.
Münhendə yerləşən "Siemens Energy" şirkəti bu gün yaydığı açıqlamada “Qazprom”un probleminə heç bir məna verə bilmədiklərini qeyd edib.
Siemens bildirib ki, Portovaya kompressor stansiyasında işləyən sonuncu turbinin mühərrikindən yağ sızması boru kəməri ilə nəqlin dayandırılmasını tələb etmir.
Siemens Energy-nin açıqlamasında deyilir:
"Bizə verilən məlumata əsasən əməliyyatları dayandırmaq üçün heç bir texniki səbəb olmadığını qiymətləndirdik. Bu cür sızmalar turbinin dayandırılmasına səbəb ola bilməz".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























