Beynəlxalq audit şirkəti 2 şirkətə bölünür
The Wall Street Journal (WSJ) Ernst & Young-un iki şirkətə bölünəcəyini yazıb. Qəzetin məlumatına görə, ayrıca konsaltinq şirkətinin yaradılması 2023-cü ilin sonuna qədər başa çatacaq.Beynəlxalq audit şirkəti Ernst & Young biznesini bölməyi və konsaltinq bölməsini ayrıca şirkətə çevirməyi planlaşdırır.
Marja xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.
Məlumata görə, Ernst & Young rəhbərliyi şirkətin bölünməsi planını bu həftə təsdiq edəcək, ayrıca konsaltinq şirkətinin yaradılmasının 2023-cü ilin sonuna qədər başa çatacağı gözlənilir.
Qeyd olunur ki, bu təşəbbüs həyata keçirildikdən sonra şirkətin gəlirlərinin 60%-i konsaltinq xidmətlərindən, 40%-i isə auditdən əldə olunacaq.
Ernst & Young KPMG, Deloitte və PricewaterhouseCoopers ilə birlikdə "böyük dördlük" adlanan beynəlxalq mühasibat, audit və məsləhət şirkətləridir.
1989-cu ildə əsası qoyulan Ernst & Young şirkətinin 140-a yaxın ölkədəki ofislərində 300.000-dən çox insan çalışır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























