11 hektarlıq Ekoloji Park Kompleksi yaradılır
Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) “Gülçülük sahəsi”ndə yaradılan Ekoloji Park Kompleksində işlər davam etdirilir.
Hazırda burada ümumi sahəsi 2100 kvadratmetr olan 3 mərtəbəli oranjereya binasının inşası həyata keçirilir. Ümumi hündürlüyü 22 metr olacaq binanın əsas hissəsi dəmir, beton, metal və şüşə-vitraj konstruksiyalarından yığılacaq. Burada müxtəlif gül, çiçək, ağac və digər nadir bitki növləri yetişdirilərək, ziyarətçilərə nümayiş olunacaq.
Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 11 hektar ərazisi olan Ekoloji Park Kompleksi fərqli və müasir dizaynı ilə seçiləcək. Ərazidə əyləncə mərkəzləri, idman qurğuları, iaşə obyektləri, habelə müxtəlif növ balıqlar üçün akvariumlar tikiləcək. Layihəyə uyğun olaraq Gəncəçay çayının sağ sahilində 200-300 metrlik məsafədə bulvar kompleksinin də yaradılması nəzərdə tutulur. Ziyarətçilər buradan keçərək, Ekoloji Park Kompleksinin zəngin flora və faunası ilə yaxından tanış ola biləcəklər.
Qərb bölgəsində ilk dəfə Gəncə şəhərində yaradılacaq Ekoloji Park Kompleksində MKTİB-in Gülçülük və tingçilik təsərrüfatının gündəlik fəaliyyəti də ziyarətçilərə təqdim olunacaq. Burada həm də piknik məkanları yaradılacaq.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























