Yeni beynəlxalq ödəniş aləti ölkəmizə gəlir
"Android sistemini dəstəkləyən ödəniş həlli ölkəmizə gətirilir. Yaxın günlərdə bununla bağlı yeniliklərimizi ictimaiyyətlə bölüşəcəyik".ABB-nin Kart məhsulları sahəsinin rəhbəri (Tribe Lead) Əfqan Abbasovun Marja.az-a müsahibəsi.
-ABB bu günlərdə TamGənc kartını bazara təqdim etdi. Belə məhsullarla bazarda hansı üstünlükləri yaratmaq istəyirsiniz?
-Gənc müştərilərin istəklərinə uyğun məhsul və xidmətlərin yaradılması yeni strateji dövrdə ABB üçün vacib məqamlardan biridir. Müştərilərimiz arasında gənc nəslin təmsilçilərinin sayı artır. Gənclərin bank xidmət və məhsulları ilə bağlı özünəməxsus ehtiyacları olur. ABB olaraq biz də bu ehtiyacları onların istəklərinə uyğun qarşılamağa çalışırıq. Sərfəli kreditlərimizi hər kəsə əlçatan edərkən, onlayn xidmətlərimizlə banka gəlmək ehtiyacını aradan qaldırarkən, ödəniş kartlarından istifadənin üstünlüklərini və keşbek imkanlarını genişləndirərkən həm də gənc müştərilərimizin gözləntilərini nəzərə alırıq.
TamGənc kartı da sırf 18-25 yaş aralığında müştərilərimiz üçün yaradılmış məhsuldur. Gənclər bu kartla bir çox xidmətlərimizdən güzəştlərlə yararlana bilirlər. Kart sahibləri taksi və dəmiryolu nəqliyyatında, musiqi platformalarında, kitab mağazalarında, muzeylərdə, oyunların və rəqəmsal məhsulların alışında ödəniş zamanı 5%-dək keşbek qazancı əldə edirlər. Müəyyən limit daxilində köçürmə və nağdlaşdırma əməliyyatlarında onlardan komissiya haqqı tutulmur. Kart hesabındakı pul qalığına illik 6%-dək gəlir hesablanır. Hər bir gənc 18 yaşı tamamlanan kimi 1 ay ərzində özünün ilk bank kartını - TamGənc kartını ABB filiallarından pulsuz əldə edə bilər. Bunun özü ölkəmizdə bir ilkdir ki, 18 yaşı tamamlanan gənclərimizə TamGənc kimi faydalı bir kart hədiyyə olaraq bağışlanır.
-Təmassız ödəniş imkanlarını genişləndirmək üçün Bank hazırda nə işlər görür?
-Rəqəmsal inkişaf layihələrimizin mühüm qismi məhz bu istiqamətlə bağlıdır. Təmassız ödəniş imkanlarının genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qururuq. Müxtəlif təşkilatlarla məlumat mübadiləsi sistemlərinin inteqrasiyasına çalışırıq. Bildiyiniz kimi, bir müddət əvvəl tərəfdaşlarımızla birgə mühüm layihəyə imza atıb dəmiryolu nəqliyyatında təmassız ödənişlərə imkan yaratdıq. Bu prosesin davamı olaraq insanların mütəmadi istifadə etdikləri digər xidmət infrastrukturlarında da təmassız ödənişlərin inkişafı istiqamətində işlər davam etməkdədir.
NFC sistemini dəstəkləyən ATM-ləri də ölkəmizdə ilk dəfə ABB tətbiq etdi. Hazırda ölkə ərazisində ABB-nin 196 yeni nəsil ATM-i quraşdırılıb və bu proses davam edir. Müştərilər fiziki kartlar olmadan NFC-ni dəstəkləyən ödəniş alətləri ilə ATM-lərimizdə təmassız nağdlaşdırma və digər əməliyyatlar apara bilirlər.
-ABB ötən ilin sonlarında ApplePay-i kart sahibləri üçün əlçatan etdi. Bu il də oxşar yenilikləriniz olacaqmı?
-Bəli, hazırda tərəfdaşlarımızla birgə mühüm bir layihə üzərində işi başa çatdırmaq üzrəyik. Android sistemini dəstəkləyən ödəniş həlli ölkəmizə gətirilir. Yaxın günlərdə bununla bağlı yeniliklərimizi ictimaiyyətlə bölüşəcəyik. Əminik ki, ABB-nin digər müasir bankçılıq həlləri kimi bu yeniliyimiz də müştərilərimizdə yüksək məmnuniyyət yaradacaq. Yeni müştəri təcrübəsinin formalaşmasına, ölkəmizdə təmassız ödəniş ənənələrinin genişlənməsinə töhfə verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 1 d. əvvəl
- 9 d. əvvəl
- 44 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"























