"Mərkəzi Bank uçot dərəcəsinin aşağı salınmasına tələsməməlidir"
Mərkəzi Bankın faiz dəhlizinin aşağı həddinin endirilməsi gözlənilən idi, çünki buna məcbur idi".
Bunu “Marja”ya açılamasında tanınmış iqtisadçı Samir Əliyev bildirib.
“Bunun vacibliyi barədə ötən ay fikrimizi demişdik” deyən iqtisadçı, sözlərinə belə davam edib:
“Mərkəzi Bankın keçirtdiyi son 8 depozit hərracında tələb təklifi 2-3 dəfə üstələməsinə baxmayaraq depozitlərin illik faiz dərəcələrini 12%-dən aşağı salmaq mümkün olmurdu. Elə ona görə faiz dəhlizi xeyli vaxt idi 12,01% həddində saxlanılırdı. Bu qərardan sonra depozit hərraclarında illik faiz dərəcəsi aşağı düşməyə başlayacaq və tələb əvvəlki dövrlərlə müqayisədə azalacaq. Mərkəzi Bank bu hərraclar vasitəsilə uzun müddət 600 milyon manat vəsaiti dövriyyədən kənarlaşdırmağa nail olub və bunun hesabına manata olan təzyiqi bir qədər azaldıb”.
Samir Əliyev qeyd edib ki, indi əsas sual uçot dərəcəsi ilə bağlıdır. Neftin qiyməti aşağı düşdüyündən Mərkəzi Bank faizi aşağı salmaqda tələsməməli, neftin ucuzlaşması prosesinin qısamüddətli olub-olmadığına əmin olmalıdır:
“Sonuncu dəfə 2016-cı ilin sentyabrında 15%-ə qaldırılan dərəcə aşağı salına bilərmi? Belə baxanda Bankın açıqlaması bunu şərtləndirir, amma vəziyyət qeyri-sabit və proqnozlaşdırılan bilməyəndir. Azərbaycanla eyni (nisbətən yaxşı) vəziyyətdə olan Rusiya və Qazaxıstanda uçot dərəcələrinin aşağı salınması tendensiyası müşahidə edilir. Ancaq hər iki ölkədən fərqli olaraq Azərbaycanda neftdən asılılıq səviyyəsi daha yüksəkdir. Tədiyyə balansının vəziyyətinin son aylar nisbətən yaxşılaşması isə neftin bir qədər bahalaşması, idxalın məhdudlaşdırılması və kapital axınının azalması hesabına baş verib. Gələcəkdə neftin ucuzlaşması və kapital axının davam etməsi balansda vəziyyəti yenidən pisləşdirə bilər. Eyni zamanda inflyasiya hələki ikirəqəmlidir və bəzi məhdudlaşdırıcı tədbirlər (pul kütləsinin məhdudlaşdırılması, nağd ödənişlərin məhdudlaşdırılması və s.) hesabına artımına imkan verilmir. Ancaq inflyasiya Mərkəzi Bankın növbəti aylarda qarşısında duran əsas vəzifələrdən biri olacaq. Ona görə Mərkəzi Bank uçot dərəcəsini aşağı salınmasına tələsməməlidir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
6 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
6 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























