Bakı metrosunun Rusiyadan aldığı qatarların ölkəyə gətirilməsi təxirə düşüb
"Bakı Metropoliteni" QSC-nin Rusiyanın “Transmaşholdinq” SC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsindən aldığı yeni qatarların ölkəyə gətirilməsi bu ilin sonuna qədər təxirə salınıb.
Bu barədə Bakı metrosundan bildirilib.
Qurum bəyan edib ki, Rusiya tərəfi ilə aparılmış sonuncu danışıqlara əsasən, yeni alınacaq qatarların istehsalının bu ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub:
"2019-cu ildə bağlanmış müqaviləyə əsasən, 2022-ci ildə “Metrovaqonmaş” Bakı metrosu üçün hər biri 5 vaqondan ibarət olan müasir tipli 4 qatar istehsal etməlidir. Regionda mövcud vəziyyət nəzərə alınaraq, “Bakı Metropoliteni” vaqonların istehsalı ilə bağlı məsələni qarşı tərəflə müntəzəm və hərtərəfli müzakirələrdə diqqətdə saxlayır. Bu xüsusda “Metrovaqonmaş” 4 qatarın Bakı metropoliteninə təhvil verilməsi üzərində iş aparır və uzun illərin qarşılıqlı səmərəli əməkdaşlıq ənənələrinə uyğun olaraq, bunun üçün bütün imkanlarından istifadə etməyə çalışır".
Xatırladaq ki, sözügüdən qatarlar avqustun 1-nə qədər təhvil verilməli idi.
İllik 13.99%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
10 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
11 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
11 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
11 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib


















.jpg)





