Rusiya bankından Azərbaycan Mərkəzi Bankının növbəti faiz qərarı ilə bağlı proqnoz

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin iyulun 29-u keçiriləcək iclasında pul-kredit siyasətinin sərtləşdirilməsi üzrə fasilə uzadılacaq və təkrar maliyyələşmə dərəcəsi 7,75% səviyyəsində saxlanılacaq.
Bunu Rusiyanın "Qazprombank" bankının Təhlil şöbəsinin müdir müavini, MDB-nin baş iqtisadçısı Gülnarə Xaydarşina deyib.
O, bu qərarın lehinə olan aşağıdakı dəlilləri göstərib:
- milli valyutada depozitlərin sabit dinamikası və dollarlaşma səviyyəsi;
- qeyri-monetar antiinflyasiya tədbirləri hesabına istehlak qiymətlərinin artımının sabitləşmə əlamətləri;
- daxili valyuta bazarında sabit vəziyyət.
“AMB-nin apreldə keçirilmiş və təkrar maliyyələşmə dərəcəsinin 7,75% səviyyəsində saxlanıldığı əvvəlki iclasdan sonra risklər balansında ciddi dəyişikliklər baş verməyib və o, əvvəlki kimi inflyasiyanın sürətlənməsi istiqamətində hərəkət edib. İyun ayında istehlak qiymətlərinin indeksi AMB-nin hədəf diapazonunun xaricində qalaraq (4%+/-2 faiz bəndi) yuxarı həddi 820 baza bəndi, təkrar maliyyələşmə səviyyəsini 645 baza bəndi üstələyib. AMB-nin iyun iclasında bildirilmişdi ki, ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya səviyyəsi artmaqda olsa da, cari əməliyyat hesabının müsbət saldosu və nominal valyuta məzənnəsinin artması idxal edilən inflyasiyanı əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Faiz dərəcəsində əvvəlki artımlar, manatın mübadilə məzənnəsinin sabitliyi və hökumətin həyata keçirdiyi qeyri-monetar antiinflyasiya tədbirləri inflyasiya risklərinin qarşısını alır”, - "Qazprombank"ın iqtisadçısı deyib.
Aşağıda təkrar maliyyələşmə dərəcəsinin dəyişdirilməməsi haqqında qərarın lehinə olan dəlilləri daha ətraflı təqdim edirik.
Onun fikrincə, mənfi real dərəcəyə baxmayaraq, dollarlaşmanın əhəmiyyətli artım əlamətləri müşahidə olunmur, manatda saxlanılan depozitlərin dinamikası isə sabit olaraq qalır. AMB-nin məlumatlarına görə, may ayında əhalinin milli valyutadakı əmanətləri bir qədər (-1,9% ay/aya) azalıb, lakin ilin əvvəlindən 14,2%, yaxud 31,4% il/ilə artıb.
“Yüksək xarici risklərə baxmayaraq, pərakəndə depozitlərin dollarlaşması may ayında bir qədər artıb (41,2%-dək), lakin mart ayında qeydə alınmış maksimumdan 1,1 faiz bəndi aşağı olub.
Xatırladım ki, aparıcı reytinq agentlikləri depozitlərin dollarlaşmasını Azərbaycanın suveren reytinqlərinə potensial təzyiq amillərindən biri kimi göstərir. Buna görə də, hesab edirik ki, dollarlaşmanın aşkar yüksəliş trendinin olmaması AMB-yə faiz dərəcələrinin artırılması ilə bağlı fasiləni uzatmağa və hökumətlə birlikdə qeyri-monetar antiinflyasiya tədbirlərinə köklənməyə imkan verir”, - o deyib.
G.Xaydarşinanın sözlərinə görə, manatda depozitlərin müsbət dinamikası fonunda faiz dərəcəsinin olduğu kimi saxlanması haqqında qərar və dollarlaşmanın kəskin artımı ilə bağlı tendensiyanın olmaması Azərbaycanın suveren reytinqlərinə və avroistiqrazlarına təzyiq göstərməyəcək.
“Qazprombank” Azərbaycanda inflyasiyanın sabitləşməsinin amillərini açıqlayıb
Rusiyanın “Qazprombank”ın Təhlil şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina bildirib ki, “Azərbaycanda istehlak qiymətlərinin artımı iyunda sürətlənməkdə davam etsə də, stabilləşmə əlamətləri müşahidə olunub”.
“İyunda inflyasiya may ayına nisbətən 0,5 faiz bəndi artaraq, əsasən ərzaq və xidmətlər seqmentlərində inflyasiya təzyiqlərinin artması səbəbindən illik müqayisədə 14,2 % təşkil edib. Azərbaycanda ərzaq inflyasiyası may ayı ilə müqayisədə 0,4 faiz bəndi artaraq illik 20,6 %-ə yüksəlib”, - o qeyd edib.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, qənnadı, çörək və makaron məmulatları, həmçinin ət, yağ-piy və süd məhsulları seqmentlərində inflyasiya təzyiqi davam edir. Eyni zamanda, mayda qeydə alınan 1,8 faiz bəndi artımla müqayisədə iyun ayında ərzaq qiymətlərində artım əhəmiyyətli dərəcədə azalıb. Görünür, buna səbəb digər amillərlə yanaşı, Azərbaycanın əsas qida tədarükçülərindən biri olan Rusiyada inflyasiyanın yavaşlamasıdır (may ayı ilə müqayisədə 1,2 faiz bəndi azalaraq illik 15,9 %-ə çatıb).
“Biz həmçinin qeyri-ərzaq sahəsində inflyasiyanın sabitləşməsinin əlamətlərini görürük. Buna manatın sabit məzənnəsi dəstək verir. Qeyd edək ki, sabit məzənnə Azərbaycanda makroiqtisadi sabitliyin əsas lövbəridir. Məzənnə 1 ABŞ dolları üçün 1,7 manat səviyyəsində saxlanılır. Bundan başqa, istehlak qiymətlərinin sabitləşməsinə inflyasiya ilə mübarizədə qeyri-monetar tədbirlər, o cümlədən ölkəyə tədarük edilən sosialyönümlü bir sıra məhsullarla bağlı idxal rüsumlarının ləğvi təsir göstərir. Xatırladaq ki, ölkədə iyunda qeyri-ərzaq seqmentində inflyasiya bir az artıb (may ilə müqayisədə 0,3 faiz bəndi artaraq illik 7,4 % təşkil edib).
Xidmət sektorunda inflyasiyanın illik 10,9 %-ə kimi sürətlənməsi (+0,6 faiz bəndi) güman ki, əksər karantin məhdudiyyətlərinin aradan qaldırılmasından sonra ilk dəfə turizm mövsümünün başlaması ilə əlaqədardır. Ən əhəmiyyətli tarif artımı mənzil kirayəsi, ictimai iaşə və nəqliyyat xidmətləri seqmentlərində müşahidə olunub”, - G.Xaydarşina vurğulayıb.
İllik 13.99%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 22 saat sonra
- 5 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 30 d. əvvəl
-
36 d. əvvəl
Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi
- 55 d. əvvəl
-
1 saat əvvəl
Tether 20 milyard dollar sərmayə axtarır – Dəyəri 500 milyard dollara çata bilər
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Azərbaycan neftinin son qiyməti

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb

Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı

Bank of Baku istiqrazları yüskək tələbatla satıldı - 99%-i fiziki şəxslər olan 601 investor!
