"Möhtəkirlər nefti ucuzlaşdırır"
"İndiki vəziyyətdə neftin ucuzlaşması yalnız birjalarda möhtəkirlərin mövcudluğu ilə izah oluna bilər".
Bunu "LUKoil" şirkətinin rəhbəri Vahid Ələkbərov bildirib.
"Biz hesab edirik ki, yaranmış vəziyyətin səbəbkarları möhtəkirlərdir. Neft bazarı böyüməkdədir, biz Avropa bazarında neft məhsullarının satışını 4% artırmışıq. Paralel olaraq, Amerika bazarı da böyüyür, ehtiyatlar azalma nümayiş etdirir. Belə olduğu halda, qiymətlər stabilləşməli və ya artmalıdır. Qiymətlər isə azalır ki, bu da möhtəkirlərin mövcudluğundan xəbər verir. Qiymətlərin azalması onların lehinədir. Lakin biz gələcəkdə neftin qiymətinin kəskin artımından ehtiyatlanırıq. Biz stabillik lazımdır", - deyə şirkət rəhbəri bildirib.
Qeyd edək ki, hazırda dünya birjalarında neft ucuzlaşmaqdadır. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,01 dollar və ya 0,02% azalaraq 43,50 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,05 dollar və ya 0,11% azalaraq 45,97 dollar olub.
©Interfax
Müştərilərin xəbərləri
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kapital Bank"ın kredit reytinqi daha da yüksəldi
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edir
Avrozonada inflyasiya 3 faizə yüksəlib
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb






.jpg)










.jpg)






