AZAL avqust ayında Hindistanın Yeni Dehli şəhərinə uçuşlara başlayacaq
“Azərbaycan Hava Yolları” aviaşirkəti avqustun 9-dan etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan Hindistanın Yeni Dehli şəhəri marşrutu üzrə bilet satışına başlayıb.
AZAL-ın yaydığı məlumatda bildirilir ki, cədvələ əsasən, uçuşların tezliyi həftədə iki dəfə təşkil edəcək: Bakıdan uçuşlar çərşənbə axşamı və cümə günləri, Yeni Dehli şəhərindən isə çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
Qeyd edək ki, AZAL Bakı-Yeni Dehli-Bakı marşrutu üzrə uçuş proqramını “Zeal Global Group” şirkəti ilə birgə həyata keçirir.
Aviabiletləri aviaşirkətin rəsmi AZAL-ın saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.
Aviabiletin dəyərinə baqajın pulsuz daşınma norması (23 kq-a qədər ekonom sinfində və 32 kq-də biznes sinfində), həmçinin tam çeşiddə soyuq və isti qidalar daxildir.
Həmin reyslərə müəyyən edilmiş daşıma şərtlərinə uyğun gələn və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
10 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
11 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
11 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
11 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib

























