ADB: "Azad edilən torpaqlara investisiyalar tikinti sektorundakı 5 illik geriləmənin qarşısını alıb"
44 günlük müharibə nəticəsində azad edilmiş Azərbaycan torpaqlarına investisiyalar, tikintinin 5,2 % artmasına səbəb olub və sektordakı 5 illik geriləmənin qarşısını alıb.
Bu barədə Asiya İnkişaf Bankının (ADB) “Asiya İnkişaf Outlook-2022” iyul hesabatında bildirilib.
Bu ilin may ayında Azərbaycan iqtisadiyyatı 7,2 % böyüyüb ki, bu da qeyri-neft sektorunda yüksək artımı əks etdirir.
Hesabata görə, ADB Qafqaz və Mərkəzi Asiya regionu üzrə ümumi daxili məhsul istehsalı (ÜDM) artımı ilə bağlı proqnozunu bu il üçün 0,2 faiz bəndi artıraraq 3,6 %-dən 3,8 %-ə çatdırıb. Regionda ÜDM artımı gələn il yenidən nəzərdən keçirilərək 4 %-dən 4,1 %-ə qaldırılıb.
Artım əsasən Ukraynadakı müharibənin iqtisadi nəticələrinə gözlənildiyindən daha yaxşı tab gətirən Azərbaycan, Gürcüstan, Ermənistan və Tacikistan üçün yaxşılaşdırılmış perspektivləri əks etdirir. Bununla belə, qeyri-müəyyən geosiyasi mühit fonunda bu iqtisadiyyatlarda artım önümüzdəki aylarda yavaşlaya bilər.
"Rusiyaya qarşı sanksiyalara görə biznesi diversifikasiya edənlər də daxil olmaqla, xarici ziyarətçilərin böyük axını ilə bağlı daxil olan pul köçürmələri şəxsi istehlakı artırıb və xidmətlər sektorunun canlanmasına yardım edib", - hesabatda deyilir.
Gürcüstan iqtisadiyyatı I rübdə xidmətlər, istehsal və kommunal xidmətlər hesabına 14,4 % artıb. Bu ilin 5 ayında gələn turistlərin sayı illik müqayisədə 258 %, xaricdən pul köçürmələri isə 54,3 % artıb. Mayda Rusiyadan pul köçürmələri bu ölkənin vətəndaşlarının axını ilə əlaqədar olaraq təxminən on dəfə artıb.
İllik 13.99%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
34 d. əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
-
- 42 d. əvvəl
-
52 d. əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 saat əvvəl
-
2 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
3 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Ən çox oxunanlar
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti
























.jpg)


