Azərbaycana körfəz ölkələrindən gələnlərin sayı 3,2 dəfə artıb
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasına dünyanın 166 ölkəsindən 638,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Gələnlərin 25,0 faizi Rusiya Federasiyası, 23,8 faizi Türkiyə, 13,0 faizi İran, 5,2 faizi Gürcüstan, 4,6 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Pakistan, hər birindən 2,4 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Hindistan, 2,3 faizi Ukrayna, 1,8 faizi Qazaxıstan, hər birindən 1,3 faiz olmaqla Küveyt və Böyük Britaniya, 14,1 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 78,3 faizini kişilər, 21,7 faizini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 751,9 dəfə, Səudiyyə Ərəbistanından - 252,7 dəfə, Küveytdən - 147,3 dəfə, Bəhreyndən - 57,4 dəfə, Pakistandan - 51,0 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 41,7 dəfə, Hindistandan - 32,1 dəfə, İsraildən - 9,9 dəfə, ABŞ-dan - 5,9 dəfə, Qazaxıstandan - 5,5 dəfə, Almaniyadan - 3,4 dəfə, Fransadan - 2,8 dəfə, Böyük Britaniyadan - 2,1 dəfə, Türkiyədən - 2,0 dəfə, İrandan - 1,9 dəfə, Ukraynadan - 1,9 dəfə, Rusiya Federasiyasından - 1,6 dəfə, Gürcüstandan - 21,9 faiz artmışdır.
2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,2 dəfə artaraq 147,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,7 dəfə artaraq 33,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 205,8 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,6 faizi hava, 41,7 faizi dəmir yolu və avtomobil, 1,7 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,3 dəfə artaraq 680,8 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 5,2 dəfə, Türkiyəyə gedənlərin sayı 2,7 dəfə, Gürcüstana gedənlərin sayı 2,0 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 29,1 faiz artmışdır.
Ölkə vətəndaşlarının 47,6 faizi Türkiyəyə, 15,7 faizi Rusiya Federasiyasına, 13,3 faizi İrana, 8,1 faizi Gürcüstana, 15,3 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 65,9 faizini kişilər, 34,1 faizini qadınlar təşkil etmişdir.
2022-ci ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 55,4 faizi hava, 42,0 faizi dəmir yolu və avtomobil, 2,6 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
13 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur




















