"Rusiya bilir ki, biz taxıl ixracına başlasaq gəlir əldə edəcəyik"
“Ukrayna taxılının beynəlxalq bazara ixracına dair razılaşma üçün iki addım qalıb. Hələlik Rusiyanın mövqeyi ilə bağlı təhlükəsizlik problemlərini həll etmək lazımdır”.
Bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba “El Pais” nəşrinə müsahibəsində deyib.
“Biz son mərhələdəyik. İndi hər şey Rusiyadan asılıdır. Həqiqətən, bunu istəsələr, tezliklə taxıl ixracına başlaya bilərik. Yox, əgər Moskva bu məsələdən aclıq oyunlarını davam etdirmək üçün yararlansa, danışıqların vacibliyində israr etməyə davam edəcəkl", - nazir vurğulayıb.
D.Kulebanın sözlərinə görə, Ukrayna öz taxılını beynəlxalq bazara çıxarmağa hazırdır. Eyni zamanda, nazir vurğulayıb ki, Rusiya Ukraynanın taxılını ixrac etməsində maraqlı deyil: “Çünki bilirlər ki, biz taxıl ixracına başlasaq, beynəlxalq bazarlardan gəlir əldə edəcəyik. Bu, bizi daha güclü edəcək”.
Xatırladaq ki, bu gün Türkiyədə Ukrayna taxılının dünya bazarına təhlükəsiz çıxarılması ilə bağlı danışıqlar aparılacaq.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 12 saat sonra
-
-
4 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
5 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
5 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
6 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
7 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb























