ADA-nın “Yay düşərgəsi” növbəti dəfə Azercell-də!
(®) Məktəblilər mobil operatorun təqdimatında həm yeni nəsil rəqəmsal texnologiyalar, həm də müştəriyə xidmət mədəniyyəti ilə tanış oldu
ADA Universitetinin ölkənin müxtəlif orta məktəblərinin şagirdləri üçün təşkil etdiyi “Yay düşərgəsi” proqramı “İnformasiya Texnologiyaları həftəsi” çərçivəsində “Azercell Telekom” MMC-yə növbəti səfərini gerçəkləşdirdi. Universitetin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının təşkil etdiyi yay məktəbinin iştirakçıları Azercell-in Data Mərkəzini ziyarət edərək şəbəkə texnologiyalarının əsasları, mobil şəbəkənin qurulması, istismarı və nəzarəti barədə məlumatlarla tanış olub, eləcə də, LTE şəbəkəsinin göstəricilərinin ölkə xəritəsi boyu əhatəsini canlı olaraq seyr ediblər. Daha sonra Big Data və Təhlillər departamentinin təqdimatında İKT sahəsində verilənlərin toplanması, saxlanması və emalı, Big Data üzrə qlobal trendlər və Azercell-in bazarda yaxın zamanda təqdim edəcəyi yeni rəqəmsal məhsullar haqqında ətraflı məlumat alaraq şirkət ekspertlərinə öz suallarını ünvanlayıblar.
Ölkədə müştəri xidmətləri sahəsində ən nümunəvi sayıla biləcək bir şirkətlə tanışlığın davamı olaraq məktəblilər Fəvvarələr Meydanında yerləşən Bakıda ilk Azercell Xidmət və Satış Mərkəzinə yollanıblar. Yay düşərgəsi iştirakçıları ön masa arxasında Azercell əməkdaşlarının abunəçilərlə ünsiyyətini canlı olaraq izləyib, şirkətin satış və xidmət ekspertləri tərəfindən Azercell-də müştəriyə xidmət mədəniyyəti, müştəri məmnuniyyətinin əsasları, eləcə də, əməkdaşların abunəçilərin suallarını cavablandırması prosesi ilə bilavasitə tanış olublar.
Qeyd edək ki, Azercell şirkəti uzun illərdir ADA Universiteti ilə müxtəlif sahələrdə əməkdaşlıq edir. Şirkət ADA-nın təşkil etdiyi startap yarışmalarının tərəfdaşı qismində çıxış edərək karyera sərgilərində iştirak edib, universitetdə təhsil alan bir qrup xüsusi istedadlı tələbələrə təqaüd ayırmaqla onların fərdi və peşəkar inkişafına dəstək olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























