Azercell-in sosial layihə müsabiqəsinin final turu baş tutdu
“Həyatı daha dolğun edirik!” şüarı altında keçirilən müsabiqənin finalına yeddi layihə təqdim edildi
(®) Ötən ay “Azercell Telekom” tərəfindən elan olunaraq ölkədə sosial sahədə rəqəmsal inklüzivliyi təşviq edən sosial layihə müsabiqəsi finala adlayaraq yekun mərhələsinə yaxınlaşır. Xatırladaq ki, müsabiqənin məqsədi cəmiyyətin sosial fəallığını və inkişaf proseslərində daha aktiv iştirakını artırmaq, eləcə də, ayrı-ayrı sosial qrupların rifahının yüksəldilməsinə dəstək olmaqdır. Təhsil, mədəniyyət və sağlamlıq istiqamətində layihələri nəzərdən keçirən bu müsabiqədə rəqəmsal mühitin inkişafına, inklüzivliyə, həmçinin texnoloji həllər vasitəsilə həyat səviyyəsinin daha da yüksəldilməsinə dəstək olan layihələrə daha böyük üstünlüyün verilməsi nəzərdə tutulmuşdu.
Qeyd edək ki, qiymətləndirmə prosesinin şəffaflığı və obyektivliyini təmin etmək məqsədilə layihələr Azercell şirkətinin əməkdaşları və ölkədə sosial məsuliyyət istiqaməti üzrə ixtisaslaşmış ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndirilmişdir.
Beləliklə, bir ay müddətində davam edən qəbul prosesi zamanı 20-dən artıq müxtəlif sosial layihələrə baxılmış, onlardan seçim şərtlərini ən yaxşı əks etdirən yeddi layihə finala keçid almışdır. Təqdim olunan layihələr milli ədəbiyyatın tanıdılması, qadınların İKT və cəmiyyətin müxtəlif sahələrinə inteqrasiyası, eləcə də, fiziki məhdudiyyətli şəxslərin rəqəmsal həllər vasitəsilə daha məhsuldar və aktiv həyata cəlb olunması kimi əhəmiyyətli məsələlərin həllinə yönəlmişdi. Finala haqq qazanmış qeyri-hökumət və qeyri-kommersiya təşkilatlarının nümayəndələri layihələrinin əhəmiyyətliliyini münsiflər heyəti qarşısında əsaslandıraraq onların cəmiyyətə təsiri barədə proqnozları ilə bolüşdülər.
Yaxın zamanda seçiləcək üç qalib layihə Azercell tərəfindən qrantla mükafatlandırılacaq.
“Azercell Telekom” fəaliyyət göstərdiyi dövr ərzində hər zaman korporativ sosial məsuliyyət prinsiplərini üstün tutaraq cəmiyyətin sosial inkişafına fayda verən layihələrin təşəbbüskarı və dəstəkçisi kimi çıxış edib. Təhsil, mədəniyyət, idman, sağlamlıq, rəqəmsal savadın artırılması və digər sahələrdə müxtəlif miqyaslı layihələrin keçirilməsinə yardımçı olan şirkət 25 il ərzində sosial layihələrə 22 milyon ABŞ dollarından artıq vəsait xərcləyib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
13 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
