AMEA: Xəzəri Aral dənizinin aqibəti gözləyə bilər
"Tədqiqatlar göstərir ki, 100 il əvvəl Xəzərin səviyyəsi indikinə nisbətən 2 m yüksək olub".
Bunu AMEA-nın akademiki Fəxrəddin Qədirov "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Akademik qeyd edib ki, 2005-ci ildən etibarən, hər il səviyyə 10 sm enir: "XX əsrin 30-cu illərində səviyyə 1.5 m aşağı enib, 1978-1995-ci illər arasında 2.7 m yüksəlmə baş verib. 2005-ci ildən başlayaraq isə ildə səviyyə 10 sm enməkdədir. Bu dəyişmə 25-30 il davam edərsə, Xəzərin şimal-şərq hissəsi Aral dənizinin aqibəti ilə rastlaşa bilər".
Fəxrəddin Qədirov vurğulayıb ki, Xəzər dənizinin səviyyə dəyişmələrində müəyyən zaman intervallarında trendlər müşahidə olunsa da, bunların üzərində fluktuasiya dəyişmələri də müşahidə edilir.
AMEA-nın akademiki Fəxrəddin Qədirov Xəzər dənizi səviyyəsinin tərəddüdünə səbəb olan mühüm amillərə diqqəti çəkib:
"İqlim amili ilə formalaşan Xəzər dənizinin su balansının komponentlər kimi Xəzərə tökülən çay axımlarını, dəniz səthinə düşən yağıntıları, Xəzərin səthindən buxarlanmanı, Xəzərə axan yeraltı suları vurğulamaq olar".
İqlimə və dolayısı ilə dənizin səviyyəsinə təsir edən astronomik amillər kimi isə Fəxrəddin Qocayev Günəş aktivliyi və qabarma-çəkilmə prosesini qeyd edib: "Günəş aktivliyi, qabarma-çəkilmə, tektonik amillər, zəlzələ nəticəsində qırılma xətlərində baş verə biləcək axımlar, Xəzərdə baş verən vulkan püskürmələri nəticəsində yaranan lava axımları, plitələrin qarşılıqlı təsiri nəticəsində dibin tərəddüdü və antropogen amillər iqlim dəyişmələrinə və bilavasitə su balansı komponentlərinin dəyişmələrinə səbəb olur".
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
34 san. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 12 d. əvvəl
- 14 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq




















