14 rayonda vətəndaşlara ödənişsiz hüquqi xidmət göstəriləcək
İyulun 15-dən etibarən Azərbaycanın 14 rayonunda vətəndaşlara ödənişsiz hüquqi xidmət göstəriləcək.Onlar BMT İnkişaf Proqramının (BMTİP) dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə rayonlarda fəaliyyət göstərən Qadın Resurs Mərkəzlərində bu xidmətlərdən yararlana biləcəklər.
Ödənişsiz hüquqi xidmət BMTİP-nin “Azərbaycanda institusional potensialın gücləndirilməsi vasitəsilə insan hüquqlarına əsaslanan yanaşmanın aktuallaşdırılması” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi Azərbaycan Hökumətinin hüquqi xidmətləri hər bir ölkə vətəndaşı üçün əlçatan edə bilmək istiqamətində gördüyü işlərə dəstək olmaqdır.
Hazırda Ağcabədi, Biləsuvar, Bərdə, Sumqayıt, Neftçala, Masallı, Xaçmaz, Sabirabad, Salyan, Qusar, Zaqatala, Tərtər, Füzuli rayonlarında və Bakının Xəzər rayonunda Qadın Resurs Mərkəzləri fəaliyyət göstərir.
Layihə çərçivəsində, həmçinin regionlarda çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması istiqamətində də fəaliyyətlər həyata keçirilməsi nəzərdə tutulub. İlk təlim kursu 4-5 iyul tarixlərində Masallıda təşkil olunub. 14 rayonun hüquqşünaslarının iştirak etdiyi bu təlimçilərin təlimi kursu inzibati və mülki hüquq üzrə pulsuz xidmətlərin göstərilməsinə həsr olunub.
Təlimə cəlb edilmiş hüquqşünasların 5 ay müddətinə rayonlarda vətəndaşlara ödənişsiz hüquqi xidmətlər göstərməsi nəzərdə tutulub.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 21 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB























