Xarici şirkətin Azərbaycan filialına vətəndaşları müqaviləsiz işlətdiyinə görə cinayət işi açıldı
Azərbaycan Respublikası Baş Prokurorluğuna səlahiyyətli dövlət qurumu tərəfindən təqdim edilmiş məlumat əsasında “Vepa mühendislik, elek. mek. Inş. taah. ith. ihr. san. və Tic. LTD Şirkətinin Azərbaycan Respublikası filialı”nda vətəndaşların onlarla əmək müqaviləsi bağlanılmadan işə cəlb edilmələri faktı ilə bağlı Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılmışdır.
Müəyyən edilmişdir ki, xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz üstünlük əldə etmək üçün qulluq mənafeyinə qəsdən zidd olaraq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə 2021-ci ilin sentyabr-dekabr ayları ərzində müxtəlif tikinti işləri ilə bağlı layihələr çərçivəsində mexanik-elektrik və zəif axın sistemləri üzrə işlərin yerinə yetirilməsi üçün Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli sayda şəxs mexanik-elektrik və kommunikasiya xəttlərinin çəkilməsi xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir.
Göstərilən fakt üzrə Cinayət Məcəlləsinin 308.1 və 162-1.1-ci maddələri ilə cinayət işi başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Nərimanov rayon prokurorluğuna göndərilmişdir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 21 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















