Yaponiya Mərkəzi Bankı Fed-ə və Yenin ucuzlaşmasına baxmayaraq mövqeyindən dönmədi
Yaponiya Mərkəzi Bankı ABŞ Mərkəzi Bankının (FED-) kəskin faiz artırmasına və bunun yenə təzyiqinə baxmayaraq, pul siyasəti mövqeyini dəyişməyib.
FED-in qərarından sonra, İsveçrə və Böyük Britaniyanın mərkəzi bankları bu həftə siyasət faizlərini artırmağa qərar versələr də, Yaponiya Mərkəzi Bankı stimullaşdırıcı yumuşaq pul siyasəti mövqeyini dəyişməyib.
Marja xəbər verir ki, yenin dollar və avro qarşısında ucuzlaşmasına və yapon istiqrazlarına təzyiqlərə baxmayaraq, bank siyasət faizini mənfi 0,1 faiz səviyyəsində saxlayıb. İqtisadçılar da bankın faiz dərəcəsini sabit saxlayacağını gözləyirdilər.
Bank 10 illik istiqraz gəliri hədəfini 0 faiz səviyyəsində saxlayıb. Gözləntilərə uyğun olaraq, bank aktivlərin alışı ilə bağlı siyasət mövqeyini də dəyişməyib.
Dollar bu dəqiqələrdə təxminən 134 yenə bərabərdir. Yaponiya Mərkəzi Bankının faiz qərarından sonra yen 2% də ucuzlaşıb.
Yaponiya Mərkəzi Bankının (BoJ) qlobal mərkəzi banklarından fərqli olaraq faiz artırmaması yapon yenini ABŞ dolları qarşısında son 20 ilin ən aşağı səviyyəsinə düşməsinə səbəb olub. ABŞ dolları 2002-ci ilin fevralından bəri ilk dəfə 135,10 yeni test etmişdi.
Yenin ucuzlaşmasının səbəbi Yaponiya Mərkəzi Bankının yumşaq pul siyasətini davam etdirməsi, iqtisadiyyatı canlandırmaq üçün kredit faizini faktiki olaraq mənfi səviyyədə saxlamasıdır. Eyni zamanda, ABŞ və Avropa İttifaqı maliyyə orqanları inflyasiyanın qarşısını almaq üçün kredit şərtlərini sərtləşdirirlər. ABŞ və Aİ-də məzənnələrin artması dollar və avro ilə ifadə olunan maliyyə alətlərinə investisiya qoyuluşunu daha sərfəli edir və bu valyutaya tələbin artmasına səbəb olur.
Milli valyutanın ucuzlaşması yapon ixracatçıları üçün sərfəli olsa da, idxal olunan malların, o cümlədən enerji resurslarının və ərzaq məhsullarının qiymətlərinin artmasına səbəb olur.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
16 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
