Code Academy tədris mərkəzi korporativ tərəfdaşları üçün tədbir keçirib
“Blockchain, NFT və Metaverse Texnologiyaları ilə yeni dünyanın qlobal trendləri” adlı seminar keçirilib.
14.06.2022-ci il tarixində Code Academy tədris mərkəzi korporativ tərəfdaşları üçün “Daha da Yüksəklərə” adlı qapalı tədbir keçirib.
Marja xəbər verir ki, tədbirdə Code Academy-nin təsisçilərindən olan Prof.Dr. Əlövsət Müslümov İT sektorunda prespektivlər və əməkdaşlıqlar haqqında çıxış edib. Code Academynin digər tsəsisçisi və İçracı direktoru Ülvi Aslanov Code Academy-nin ötən illər ərzində keçdiyi yol və gördüyü işlər haqqında məlumatlandırıb.
Daha sonra Code Acadmey-də Biznesin inkişafı üzrə Baş Direktor olan Tuğrul Kapucuoğlu korporativ müştəriləri əsas xidmətlər, biznes ehtiyaclarına cavab verən yeni korporativ həll yolları və layiyələr ilə tanış edib. Tərəfdaşlara bu lahiyələr ilə daha da yaxından tanış olmaları üçün kataloqlar təqdim edilib.
Tədbirin əsas hissəsi olan “Blockchain, NFT və Metaverse Texnologiyaları ilə yeni dünyanın qlobal trendləri” adlı seminarda isə beynəlxalq ekspert və investisiya üzrə konsultant Murat Altıntepe çıxış edib. Murat Atlıntepe çıxışı zamanı Blockcahin və NFT haqqında qısa məlumat verdikdən sonra yeni texnologiyalarla investisiya edərkən nələrə diqqət olunmalı, Metverse-in həyatımızı necə təsir edəcəyi və bu kimi əsas diqqət olunmalı mövzularla bağlı məlumat verib.
Tədbirin sonunda isə tərəfdaşları maraqlandıran suallar cavablandırılıb və daha sonra korporativ tərəfdaşlar arasında lotereya keçirilib.
Şəfiqə Ələkbərli
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 3 saat əvvəl
-
3 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
3 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
3 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
-
4 saat əvvəl
"Trendyol" və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib
-
4 saat əvvəl
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Ən çox oxunanlar
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
“AccessBank”ın biznes kreditləri portfeli 1 milyard manatı keçib
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
























