FED faizini kəskin artırdı
ABŞ Federal Ehtiyat Sistemi (ABŞ Mərkəzi Bankı, FED) faizini son 28 ildə ən kəskin şəkildə artırıb. Bank iyun iclasında da pul siyasətini sərtləşdirməyə davam edib. FED faizini 0,75 bənd artıraraq 1,50-1,75 faizə çatdırıb.ABŞ Mərkəzi Bankı (FED) faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, FED faizini 0,75 bənd artıraraq 1,50% - 1,75% aralığına çatdırıb. Beləliklə, FED 1994-cü ildən bəri ən kəskin faiz artımını həyata keçirib.
Bazarlarda daha çox FED-in faizini 0,50 bənd artıracağı gözlənilirdi.
Bloomberg-in sorğusunda iştirak edən iqtisadçıların çoxunun proqnozu FED-in faiz dərəcəsi diapazonunu 0,50 bənd artıraraq 1,25%-1,50% aralığına çatdıracağı istiqamətində idi.
Sorğuda iştirak edən 98 iqtisadçıdan 33-ü faizin 0,75 bənd, 65-i isə 0,50 bənd artırılacağını gözləyirdi.
0,75 bənd artım gözləyən qurumlar arasında Goldman Sachs, Barclays, JPMorgan, HSBC və Deutsche Bank da var.
Fed sədri Jerome Powell, may ayı yığıncağında iyun və iyul ayı üçün faiz dərəcələrində 0,50 bənd artım siqnalı vermişdi. Lakin may ayı inflyasiya məlumatlarından sonra bir çox qurum proqnozlarını yüksəltdi və 0,75 bəndlik artım gözləntiləri gücləndi.
Fed-in iyun iclasına qədər həyata keçirdiyi sərt pul siyasətinə baxmayaraq, ABŞ-da inflyasiya 40 ilin pik səviyyələrindədir. Son məlumatlara görə, ölkədə illik inflyasiya may ayında apreldəki 8,3 faizdən 8,6 faizə yüksəlib.
Qətnamənin mətnində FED 2 faizlik inflyasiya hədəfinə qayıtmaq üçün güclü öhdəliyi olduğunu vurğulayıb.
Mətndə qeyd olunub ki, birinci rübdəki azalmadan sonra ümumi iqtisadi aktivlik bərpa olunub.
FED iqtisadi göstəricilərlə bağlı gözləntilərini də yeniləyib. Belə ki, mart ayında 2,8% olan iqtisadi artım proqnozu bu iclasda 1,7%-ə, 2023-cü il üçün artım proqnozu 2,2%-dən 1,7%-ə; 2024-cü il üçün isə 2%-dən 1,9%-ə endirilib.
FED bu il üçün işsizlik proqnozunu 3,5%-dən 3,7%-ə qaldırıb. 2023-cü il işsizlik nisbəti gözləntisi 3,5%-dən 3,9%-ə, 2024-cü il üçün isə 4,1%-ə yüksəldilib.
FED 2024-cü ildə inflyasiyanın 2,2%-ə düşəcəyini gözləyir.
FED rəsmiləri faiz dərəcəsinin ilin sonuna kimi 3,4 faiz səviyyəsində olacağını proqnozlaşdırıblar. Bu, ilin sonuna qədər 1,75 baza bəndi də artımlar olacağına işarə edilib.
FED-in qərar mətnində inflyasiyanın yüksək olaraq qalmaqda davam etdiyini, bunun pandemiya, Ukraynada müharibə ilə əlaqədar olaraq tələb və təklif balanssızlığını əks etdirdiyini qeyd edib.
Qərardan sonra Dollar mühüm valyutalar qarşısında daha da bahalaşıb. Bakı vaxtı ilə saat 22:30-a olan məlumata görə, Avro/Dollar məzənnəsi 0,5% geriləyərk 1,0359 dollara düşüb (avro ucuzlaşıb, dollar bahalaşıb)
Fed sədri Jerome Powell iclasdan sonra keçirdiyi mətbuat konfransında bildirib ki, faiz dərəcəsi iyul toplantısında 0,50 bənd və y 0,75 bənd artırıla bilər.
Onun sözlərinə görə, məhsulların təklifində qıtlıq olduğu bir şəraitdə tələb artmaqdadır. Bu səbəbdən qiymətlər sürətlə yüksəlir.
Fed-in növbəti iclası 27 iyul 2022-ci il tarixində keçiriləcək.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
37 d. əvvəl
İllik 9% və 10% gəlir - "ABB İnvest" ABB istiqrazlarını növbəti dəfə kapital bazarına çıxarır
- 44 d. əvvəl
-
58 d. əvvəl
10 milyon manatdan çox kapitalı olan "Azər Maya İstehsal" şirkəti QSC-dən MMC-yə çevrilib
-
1 saat əvvəl
“Azəripək”, “Şəki SES” və “Azərizolit”in özəlləşdirilməsinin gecikməsinə aydınlıq gətirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Global Finance” ABB-ni yenidən ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib"
-
2 saat əvvəl
"Avropa Parlamenti problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
10 milyon manatdan çox kapitalı olan "Azər Maya İstehsal" şirkəti QSC-dən MMC-yə çevrilib
Bu bank pulunuza illik 12% gəlir təklif edir
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub
"Avropa Parlamenti problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır"
ABB Invest ABB istiqrazlarını növbəti dəfə kapital bazarına çıxarır
May tətillərində Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
“Bakı Gəmiqayırma Zavodu” və “KTZ Express Shipping” müqavilə imzaladı - 2 ədəd quru yük gəmisi inşa ediləcək






.jpg)








.jpg)






