Ötən il "Bank Respublika" səhmdarlarının pay bölgüsü dəyişib
2021-ci ildə "Bank Respublika" ASC səhmdarlarının pay bölgüsündə dəyişikliklər baş verib.
Marja.az Bankın illik audit hesabatına istinadən xəbər verir ki, mühüm dəyişiklik Almaniyanın DEG İnvestisiya və İnkişaf Korporasiyasının "Bank Respublika" ASC-nin nizamnamə kapitalındakı 16,60% payını satmasıdır. DEG-in payını Bankın ən böyük səhmdarı olan Natiq Quliyev alıb və nəticədə onun nizamnamə kapitalındakı payı 51,15%-dən 67,75%-ə yüksəlib.
Elçin Quliyevin (15,6%), Namiq Quliyevin (7,41%), Şakir Rəhimovun (5,45%), SİDT-in (Sparkassen International Development Trust GmbH) (4,25%) və digər səhmdarların payı (0,08%) dəyişməz qalıb.
31 Dekabr 2020-ci il və 31 Dekabr 2021-ci il tarixlərində "Bank Respublika" ASC 73 milyon 461 min manat nizamnamə kapitalına malik oub.
"Bank Respublika" ötən ilin sonunda beşillik strategiyasının uğurlu nəticələrinə həsr olunmuş məlumatında qeyd etmişdi ki, 2021-ci ildə Bankın yaxşı maliyyə göstəricilərini, inkişaf perspektivlərini və növbəti illərdə dividendlərin ödənilməsini nəzərə alaraq, bankın strateji səhmdarı olan Natiq Quliyev DEG-in "Bank Respublika"nın kapitalındakı payını tam olaraq almışdır.
Eyni zamanda, məqsədi inkişaf etməkdə olan ölkələrdə özəl sektoru dəstəkləmək olan Deutsche Investitions und Entwicklungsgesellschaft mbh (DEG) İnvestisiya şirkəti Bankın əsas səhmdarına gələcəkdə öz payını almaq hüququnu da təqdim etmişdir.
Almaniyanın böyük dövlət bank qrupu Sparkassen-Finanzgruppe törəmə şirkəti Sparkassen International Development Trust (SIDT) vasitəsilə bankın səhmdarı olaraq qalır.
“Bank Respublika”nın strateji səhmdarı Natiq Quliyev bildirmişdi ki, DEG və SIDT korporativ idarəetmə sahəsində dünya təcrübəsini gətirməklə yanaşı, “Bank Respublika”nın institusional formalaşmasında da mühüm rol oynayıblar.
Konsolidə edilmiş audit hesabatına görə "Bank Respublika" qrupu 2021-ci ili 9 milyon 58 min manat xalis mənfəət ilə başa vurub. Qrup 2020-ci ili 6 milyon 980 min manat xalis mənfəət ilə bağlamışdı. Ötən il "Bank Respublika"nın cəmi aktivləri ilk dəfə 1 milyard manatı keçərək hesabat ilinin sonunda 1 milyard 141 milyon manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
8 d. əvvəl
Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
-
- 14 d. əvvəl
-
19 d. əvvəl
Tramp: Netanyahu ABŞ-ın İranla bağlayacağı istənilən sazişi qəbul etməli olacaq
- 24 d. əvvəl
- 28 d. əvvəl
-
28 d. əvvəl
Yaxın Şərqdə yenidən alovlanan hərbi əməliyyatlardan sonra neft qiymətləri yüksəlib
- 49 d. əvvəl
-
1 saat əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 1 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: FED-in faiz artırması yanlış olar
Qızıl daha da ucuzlaşıb
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Ən çox oxunanlar
Paşinyan qələbəsini elan edib
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb




















