SİMA vasitəsilə iş yerlərindən arayışların alınması daha rahat oldu
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemindən (ƏMAS) iş yerinə dair arayışların alınması prosesi daha da asanlaşıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, istifadəçilər SİMA-nın inteqrasiya etdiyi “ASAN Login” Vahid Giriş Sistemi vasitəsilə ƏMAS-a daxil olaraq bütün əmək müqavilələri üzrə bildirişləri görə, arayışlar əldə edə və alınmış arayışların tarixçələrini izləyə bilərlər.
Ümumiyyətlə, SİMA imza tələb olunan bütün elektron xidmətlərdən yararlanmaq imkanı verir.
SİMA-nın tətbiqi ilə elektron imza əldə etmək üçün xidmət ofislərindən asılılığa son qoyulur. Bununla da ölkənin istənilən nöqtəsində yaşayan və internetə çıxış imkanı olan hər bir vətəndaş olduğu yerdən elektron dövlət xidmətlərindən istifadə edə biləcək. Bu imkan vətəndaş məmnuniyyətinin yüksəldilməsinə, fərdlərin rəqəmsal hökumət konseptindəki rolunun daha da aktivləşməsinə səbəb olacaq.
Tamamilə ödənişsiz olan rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Mobil tətbiqlə işləyən imzanın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda sənəd imzalama imkanı qazandırır.
Rəqəmsal xidmətlərə əlçatanlığı artıran SİMA-nın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı sima.az saytından və “157” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 gün sonra
-
-
6 d. əvvəl
“Azərmaş Group” MMC-nin satış gəlirləri 28% artıb, mənfəəti azalıb
- 18 d. əvvəl
- 36 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp: İran normal ölkə deyil, bu dövləti dəlilər idarə edir
- 2 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
“Azərmaş Group” MMC-nin satış gəlirləri 28% artıb, mənfəəti azalıb
“Bakı Şərab-2”nin rəhbərliyi yenidən seçiləcək
Demet Akalın Bakıda- "Abşeron Mall"da
“Alp Delux” şadlıq evi: "AQTA-nın heç bir işçisi bura gəlməyib, amma haqqımızda qara yalanı yayırlar"
Ən çox oxunanlar
Tramp: İran normal ölkə deyil, bu dövləti dəlilər idarə edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 5 GÜN
ABŞ İranı yenidən vurdu
"PRİOR LEASING"in istiqrazlarına 56 investor 56 sifariş təqdim edib
"Jetour" avtomobillərinin Azərbaycanda istehsalına başlanılıb






.jpg)






.jpg)





