Azərbaycanın iri fondu Avronun ucuzlaşmasına görə 710 milyon dollar zərərə düşüb
Azərbaycan Respublikası Dövlət Neft Fondu investisiya portfelinin valyuta tərkibinə daxil olan bir sıra valyutaların baza valyutası olan ABŞ dollarına nisbətdə dəyər itirməsi, eyni zamanda qızıl alt portfeli üzrə qiymət dəyişimi nəticəsində Fondun büdcədənkənar xərcləri yaranmışdır.
Marja.az xəbər verir ki, bu, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi”ndə bildirilir.
Rəydə qeyd edilib ki, 2021-ci il ərzində Dövlət Neft Fondunun investisiya portfelinə daxil olan valyutaların manata qarşı dəyişməsindən yaranan fərq üzrə büdcədənkənar xərclər 1 milyard 646,6 milyon manat, qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə büdcədənkənar xərclər manat ifadəsində 472,8 milyon manat təşkil etmişdir.
Bununla yanaşı, Fondun baza valyutasını təşkil edən ABŞ dolları ifadəsilə Fondun büdcədənkənar xərcləri (qızıl daxil olmaqla) 1 milyard 246,6 milyon ABŞ dolları təşkil etmişdir.
Valyutalar üzrə mənfi gəlirlilikdə əsas pay avro (710,7 milyon ABŞ dolları), TRY (138,4 milyon ABŞ dolları) və JPY (70,1 ABŞ dolları) portfelləri üzrə olmuşdur.
Nəticə etibarı ilə Fond hesabat ilini 4 milyard 603 milyon manat və ya 2 milyard 707,6 milyard ABŞ dolları profisitlə başa vurmasına baxmayaraq, büdcədənkənar xərclərin hesabına (2 milyard 707,4 milyon ABŞ dolları - 1 milyard 246,6 milyon ABŞ dolları) Fondun vəsaiti ilin əvvəlinə nisbətdə 1 milyard 460,8 milyon ABŞ dolları artaraq 45 milyard 25,1 milyon ABŞ dolları təşkil etmişdir.
Həmçinin oxu
Dövlət Neft Fondu defisitdən profisitə keçibMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
22 d. əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
-
54 d. əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 saat əvvəl
-
3 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
3 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Ən çox oxunanlar
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




















.jpg)






.jpg)

