Yen dollar qarşısında sürətlə ucuzlaşır - HÖKUMƏT TƏŞVİŞƏ DÜŞÜB
Tokioda bir dollar 131,92-131,94 yen təşkil edir. Bu, Yaponiya valyutasının son 20 ildən çox müddətdə ən dərin ucuzlaşmasıdır.
Çərşənbə axşamı Yaponiya yeninin dollara nisbətdə məzənnəsi 20 il iki ayın ən aşağı səviyyəsinə düşüb. Marja.az xəbər verir ki, bunu ticarət məlumatları göstərir.
Hazırda bir dollar 131,92-131,94 yen təşkil edir. Eyni zamanda, bazar ertəsi Nyu-Yorkda keçirilən ticarət sessiyası zamanı bu rəqəm bir dollar üçün 132,6 yen səviyyəsini görüb.
Avro/yen cütlüyündə də oxşar vəziyyət yaranır. Avropa valyutası hazırda 141,00-141,10 yen səviyyəsində ticarət olunur ki, bu da 2015-ci ilin yayından bəri ən yüksək səviyyəsidir.
Koronavirus pandemiyası ilə bağlı vəziyyətin sabitləşməsindən sonra iqtisadi canlanma əlamətləri fonunda ABŞ-ın Federal Ehtiyatlar Sistemi (Fed), eləcə də Avropanın mərkəzi bankları Yaponiya Mərkəzi Bankından fərqli olaraq son vaxtlar pul siyasətini sərtləşdirirlər. Bu, faiz dərəcələrindəki boşluğu nəzərə alaraq, yeni satmaq üçün sövdələşmələri stimullaşdırır.
Yaponiyada milli valyutanın ucuzlaşması idxal mallarının, ilk növbədə enerjinin qiymətlərinin artmasına səbəb olur.
Yaponiya hökuməti yeninin dollara nisbətdə ucuzlaşmasından təşvişə düşüb
Yaponiya hökuməti çərşənbə axşamı yenanın dollara nisbətdə ciddi ucuzlaşmasından narahatlığını bildirib. Maliyyə naziri Şuniçi Suzuki Tokioda keçirdiyi mətbuat konfransında deyib ki, kəskin valyuta dalğalanması arzuolunmazdır.
"Hökumət yenin ucuzlaşmasının Yaponiya iqtisadiyyatına necə təsir edəcəyini yaxından izləyir",- nazir deyib. Suzukinin sözlərinə görə, hazırda enerji daşıyıcıları, xammal və ərzaq məhsullarının qlobal qiymət artımı nəticəsində biznes mühitində də pisləşmə təhlükəsi var.
Yenin ucuzlaşmasının səbəbi Yaponiya Mərkəzi Bankının yumşaq pul siyasətini davam etdirməsi, iqtisadiyyatı canlandırmaq üçün kredit faizini faktiki olaraq mənfi səviyyədə saxlamasıdır. Eyni zamanda, ABŞ və Avropa İttifaqı maliyyə orqanları inflyasiyanın qarşısını almaq üçün kredit şərtlərini sərtləşdirirlər. ABŞ və Aİ-də məzənnələrin artması dollar və avro ilə ifadə olunan maliyyə alətlərinə investisiya qoyuluşunu daha sərfəli edir və bu valyutaya tələbin artmasına səbəb olur.
Eyni zamanda, Yaponiya Bankının rəhbəri Haruhiko Kuroda çərşənbə axşamı parlamentdə maliyyə siyasətində dəyişiklik etmək niyyətində olmadığını bir daha bəyan edib. "Kyodo" xəbər agentliyi qeyd edir ki, bu, yenin ucuzlaşmasına daha da təkan verə bilər. Milli valyutanın ucuzlaşması yapon ixracatçıları üçün sərfəli olsa da, idxal olunan malların, o cümlədən enerji resurslarının və ərzaq məhsullarının qiymətlərinin artmasına səbəb olur.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 13 saat əvvəl
-
13 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
15 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
