ABŞ Qod Nisanova sanksiya tətbiq edib
ABŞ Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı sanksiyaların növbəti paketini açıqlayıb.
CNN xəbər verir ki, Rusiya hökumət rəsmilərinə və Rusiya Prezidenti Vladimir Putinə yaxın oliqarxlara qarşı bir sıra yeni maliyyə və diplomatik sanksiyalar tətbiq olunub.
Maliyyə Nazirliyi və Dövlət Departamenti tərəfindən tətbiq edilən sanksiyalar Rusiyanın bir neçə tanınmış oliqarxlarının lüks aktivlərinə, o cümlədən Prezident Putinin tərəfdaşlarına məxsus bir neçə yaxtaya, təyyarəyə və ABŞ sanksiyalarından yayınmağa çalışan “lüks aktivlərin idarə edilməsi və xidmət şirkətlərinə” qarşı yönəlib.
Sanksiyalar siyahısına ABŞ Dövlət katibi Entoni Blinkenin “Avropanın ən zəngin adamlarından biri və bir neçə rus məmurunun yaxın adamı” adlandırdığı rusiyalı iş adamı Qod Nisanov və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın adı daxil edilib.
Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Rusiya bayrağı altında olan "Graceful" və Kayman adalarına məxsus bayraq altında üzən "Olympia" adlı iki yaxtaya blok qoyub.
Nazirliyin məlumatına görə, Prezident Putin ötən il də daxil olmaqla, yaxtalarda çoxlu səfərlər edib. Nazirlik, həmçinin yaxtalarla əlaqəli bir neçə idarəetmə şirkətlərinə və yaxta broker şirkətlərinə sanksiya tətbiq edib.
Sanksiyalar həmçinin, Rusiya şirkətlərinə məxsus olan "Shellest" və "Nega" adlı daha iki yaxtanı da hədəf alıb.
Prezident Putinin yaxın dostu olan Sergey Pavloviç Rolduginə, eləcə də Rolduginin həyat yoldaşı Yelena Yuryevna Mirtovaya qarşı sanksiyalar tətbiq olunub.
Rusiyanın dövlət hava yolları şirkətinin prezidenti Yuri Slyusar, nəqliyyat naziri Vitali Savelyev, iqtisadi inkişaf naziri Maksim Reşentnikov, tikinti, mənzil-kommunal təsərrüfat naziri İrek Envaroviç Fayzullin və Baş nazirin müavini Dmitriy Qriqorenkoya da sanksiyalar tətbiq olunub.
KREDİTİ ONLAYN əldə et – 30 000 AZN-dək, 0% komissiya
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
18 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN












.jpg)






