Uşaqların Beynəlxalq Müdafiəsi Günü “McDonald’s Azərbaycan”ın yeni layihəsinə start verilib - FOTO
(®) 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “McDonald’s Azərbaycan” şirkəti Gəncədə xeyriyyə aksiyası keçirib. Aksiya çərçivəsində “Gənc yazarlar” adlı yeni layihəyə start verilib.
2020-ci ildə Gəncənin bombalanmasından zərər görmüş 6-15 yaşlı 50-dən çox uşaq aksiya çərçivəsində Gəncə şəhərində yerləşən “McDonald’s” restoranına dəvət olunub. Burada onlar üçün əyləncəli proqram təşkil edilib, dadlı təamlardan ibarət süfrə açılıb.
Tədbirdə əsas diqqət “McDonald’s Azərbaycan”ın CARE GROUP şirkəti ilə birgə həyata keçirdiyi “Gənc yazarlar” layihəsinə start verilməsinə ayrılıb. Tədbirə dəvət olunmuş uşaqlar sözügedən layihənin əsas iştirakçılarına çevriliblər.
CARE GROUP şirkətinin rəhbəri və baş psixoloqu Elnarə Şahbazzadənin dəstəyi ilə layihə çərçivəsində uşaqlar üçün “Art-terapiya” və “Koqnitiv davranış terapiyası” üsulları üzrə psixoloji təlimlər keçiriləcəkdir. Dünyada geniş tətbiq olunan bu üsullar qorxuya qalib gəlmək və ümumiyyətlə, psixoloji vəziyyəti yaxşılaşdırmaq baxımından özünü yaxşı tərəfdən göstərib.
Uşaqlarla 6 ay ərzində bir neçə mərhələdə iş aparılacaqdır ki, birinci mərhələ yekunlaşdıqdan sonra uşaqlara öz nağıllarını yazmaq təklif ediləcəkdir. Hər bir uşağa peşəkar psixoloq dəstəyi göstəriləcək və yazılan bütün nağıllar layihə tamamlandıqdan sonra buraxılacaq qalın üzlü kitabda nəşr olunacaq. Gənc yazarların hər birinə yazdıqları birinci kitabın nüsxəsi təqdim ediləcək, tirajın qalan kitabları isə ölkənin kitab mağazalarına paylanacaqdır. Burada arzu edən hər kəs uşaqların nağılları ilə tanış olmaq imkanı əldə edəcək, toplanan bütün vəsait isə kitabın müəlliflərinin ailələrinə kömək üçün veriləcəkdır.
Layihənin müəlliflərinin sözlərinə görə, burada əsas məqsəd uşaqlarda öz gücünə inamı tərbiyə etməkdir. Bu kontekstdə özlərinin yazdıqları nağıllar müsbət terapevtik effektə malik olacaq. Onların gözəl kitab şəklində nəşr olunması isə bu effekti daha da gücləndirəcək və gənc yazarların hər biri üçün böyük əhəmiyyətə malik olacaq.
Bayram tədbirinin sonunda layihə iştirakçılarına gənc yazar dəsti paylanılıb. Yaradıcılıq üçün zəruri ləvazimatların daxil olduğu bu dəst tədbirə daha çox müsbət emosiyalar qatıb.
“Biznesin sosial məsuliyyəti və xeyriyyəçilik fəaliyyəti hər zaman “McDonald’s” şirkətinin korporativ fəlsəfəsinin ayrılmaz tərkib hissəsi olub. “McDonald’s”ın 22 ildən çoxdur ki, Azərbaycanda həyata keçirdiyi xeyriyyəçilik fəaliyyəti çərçivəsində çoxsaylı müxtəlif səpkili layihələr reallaşdırılıb, o cümlədən uşaq evlərinə, tibbi yardım fondlarına və idman tədbirlərinə yardım göstərilib. Bütün bunlar əsasən “McDonald’s”a gələn şəxslərin ianələri və şirkətin keçirdiyi xüsusi aksiyalar sayəsində mümkün olub. İnanırıq ki, birlikdə həyati çətinliklərlə üzləşmiş uşaqlara kömək edə, onların dünyasını daha gözəl və rəngarəng edə bilərik”, - şirkət nümayəndəsi bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 29 d. əvvəl
-
1 saat əvvəl
Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il uzadılır
-
1 saat əvvəl
Azərbaycanın xaricə fındıq satışından gəliri artıb - 171 MİLYON DOLLARA YAXIN QAZANC
-
2 saat əvvəl
“Meqa Sığorta”nın İdarə Heyətinin sədr müavini vəzifəsindən ayrılıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
S&P: Azərbaycan bankları 2026-cı ildə dayanıqlılığını qoruyacaq
-
2 saat əvvəl
Vaxtında uçota durmayan “Classnet” internet provayderi cərimələndi
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 24-də gözlənilən hava şəraiti
Azərbaycanın xaricə fındıq satışından gəliri artıb - 171 MİLYON DOLLARA YAXIN QAZANC
S&P: Azərbaycan bankları 2026-cı ildə dayanıqlılığını qoruyacaq
Vaxtında uçota durmayan “Classnet” internet provayderi cərimələndi
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
İrşad-da “ŞAD Günlər” başladı!
İpoteka ilə, yoxsa daxili hissəli ödənişlə ev almaq? Planlı maliyyə və uzunmüddətli güvən modeli hansıdır?
Azərbaycana pomidor ixracından daxil olan valyuta 10 faizə yaxın artıb - 192,5 MİLYON DOLLARLIQ İXRAC
Rəsmi məzənnələr açıqlandı
Swissôtel & Raffle Residences – Sea Breeze-də premium yaşayış imkanı
Qızılda başgicəlləndirən bahalaşma - QİYMƏTİ 5000 DOLLARA YAXINLAŞDI

















