"Böyük mənzil, yoxsa həyət evi yaxşıdır?" - sualına tikinti şirkətindən cavab - MÜSAHİBƏ
(®) Müsahibimiz “Bakstone Construction” şirkətinin Satış rəhbəri Səid Məmmədovdur.
- Səid bəy, “Bakstone Construction”nın mövcud bazar mövqeyini necə dəyərləndirərdiniz?
- Şirkətimiz 10 ilə yaxın təcrübəsi və peşəkar komandası ilə artıq uzun illərdir ki, bu sahədə professional fəaliyyət göstərir. Bizim prioritetimiz mükəmməl keyfiyyətlə bərabər müştəri məmnuniyyətinə əsaslanan şəffaflığı təmin etməkdir. Çünki biz bacardığımız və sevdiyimiz işlə məşğul oluruq.
-“Bakstone Construction”nun təqdim etdiyi tikinti kreditinin hansı üstünlükləri var?
- “Bakstone Construction” Azərbaycanda ilk şirkətdir ki, ABB-nin rəsmi tərəfdaşlığı ilə müştəriləri üçün hələ tikintisinə başlanılmamış evə 9%-dən 15 ilədək tikinti krediti ayırmışdır. Hər bir sifarişçiyə bununla bağlı ABB tərəfindən rəsmi şəkildə imzalanmış zəmanət məktubu da təqdim edilə bilər.
- Fərdi yaşayış evlərinin tikintisi sahəsində “Bakstone Construction” brendə çevrilmiş şirkətlərdəndir. Bu sahədə hansısa yeniliklər planlaşdırılırmı?
-Şirkətimiz mütəmadi olaraq müxtəlif kampaniyalar həyata keçirir. Növbəti kampaniyamıza isə iyun ayından etibarən start veriləcəkdir. Müştərilər sifariş etdikləri istənilən layihəyə 5% ENDİRİM qazanmaqla yanaşı, əməkdaşlıq etdiyimiz şirkətlərdən məişət avadanlıqlarının, dekorativ materialların və s. alınması üçün müxtəlif endirim kuponları əldə edəcəklər.
- “Bakstone Construction”nun evin sıfırdan tikinti və təmirini həyata keçirdiyi məlumdur. Şərtlər necədir və insanlar bundan necə faydalana bilər?
- Tikintidə olduğu kimi təmirdə də 60 ayadək kredit şərtlərimiz mövcuddur. Bundan əlavə, yuxarıda da qeyd etdiyimiz kimi sifarişçi ABB-nin rəsmi tərəfdaşlığı ilə tikinti krediti imkanından da faydalana bilər.
- Rəhbərlik etdiyiniz şirkət güzəştli, yaxud xüsusi şərtlərlə evlər təklif etməyi planlaşdırırmı?
-Hazırda belə bir planımız yoxdur. Sosial mediya hesablarımızı izləyərək, endirimlərimizdən, yeni kampaniyalarımızdan və s. xəbərdar ola bilərsiniz.
- 2021-2022-ci illərdə hansı dizayn üslubları daha çox maraq yaratdı?
- Müasir və “mediterranean” üslubları daha çox sifarişçinin marağına səbəb oldu.
- Müştərilər “Bakstone Construction”da tikinti prosesinin gedişatına nəzarət edə bilirlərmi?
-Şirkətimiz müqavilə bağlandıqdan dərhal sonra – 24 saat ərazində birbaşa prosesə start verir. Briqadir, sahə rəisi, baş mühəndisin nəzarəti ilə prosesə üçpilləli nəzarət sistemi təmin edilir. Bununla da, tam şəffaflıq imkanı yaranır. Sifarişçi özü də 7/24 onlayn müşahidə rejimində və yaxud birbaşa əraziyə gələrək, görülən işlərə tam nəzarət edə bilir.
-Bəzi müştərilər “böyük mənzil, yoxsa həyət evi yaxşıdır” sualı qarşısında qərarsız qalır. Bəs sizin bu suala cavabınız necə olardı, hansını daha çox məsləhət görərdiniz?
Təbii ki, həyət evinin üstünlükləri daha çoxdur. Təmiz hava, səs-küysüz sağlam həyat, aylıq xərclərdən xilas olmaqla vaxt itirmədən avtomobilinizi park edə biləcəyiniz qaraj, hovuz və hovuzətrafı zona, manqal sahəsi, açıq terras və s... Bu siyahının davamını gətirə bilərik, nəticə etibarilə həyət evinin daha əlverişli, komfortlu və funksional olduğunu görəcəyik.
Əlaqə:
(012) 441-33-33
(055) 999-01-71
Cəfər Cabbarlı 609, Globus Center (15-ci mərtəbə)
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 10 saat əvvəl
-
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti

























