“Azəraqrartikinti”nin gəlirləri 6 dəfəyə yaxın azalıb

“Azəraqrartikinti” ASC 2021-ci ili 2 milyon manat xalis mənfəət ilə başa vurub. ASC 2020-ci ili 14 milyon 631 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə “Azəraqrartikinti”nin xalis mənfəəti 7,3 dəfə azalıb. Xalis mənfəətin azalması gəlirlərin kəskin azalmasından qaynaqlanır.
Marja.az “Azəraqrartikinti” ASC-nin 31 dekabr 2021-ci il tarixinə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2020-ci illə müqayisədə 2021-ci ildə “Azəraqrartikinti”nin əsas əməliyyat gəlirləri 5,8 dəfə azalaraq 31 milyon 110 min manat təşkil edib. “Azəraqrartikinti”nin əsas əməliyyat gəlirləri 2020-ci ildə 179 milyon 220 min manat, 2019-cu ildə isə 225 milyon 121 min manat təşkil etmişdi. Beləliklə, ardıcıl 3 ildir şirkətin gəlirləri azalır.
31 Dekabr 2021-ci il tarixində “Azəraqrartikinti” ASC 55 milyon 355 min manat cəmi aktivlərə malik olub. ASC 2020-ci ilin sonunda 50 milyon 857 min manat cəmi aktivlərə malik idi.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
5 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
5 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
5 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 5 saat əvvəl
-
5 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
6 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 7 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
