Son 2 ildə 62 yeni qida milyarderi meydana çıxıb
Britaniyanın beynəlxalq xeyriyyə təşkilatı Oxfam qida və enerji sahələrində fəaliyyət göstərən milyarderlərin sərvətinin iki il əvvəlki ilə müqayisədə 453 milyard dollar artdığını açıqlayıb. Oxfam-a görə, bu dövrdə sürətlə artan ərzaq qiymətləri səbəbindən “62 yeni qida milyarderi” meydana çıxıb. Oxfam Davosda toplaşan dünya liderlərini son 20 ilin ən ciddi yoxsulluq problemini super varlılara sərvət vergisi tətbiq etməklə həll etməyə çağırıb.
Böyük Britaniyanın xeyriyyə təşkilatı Oxfam-ın hesabatına görə, qida və enerji milyarderlərinin sərvəti son iki ildə enerji və əmtəə qiymətlərindəki kəskin artımlar nəticəsində 453 milyard dollar artıb.
Marja.az "Oxfam"ın hesabatına istinadən xəbər verir ki, sürətlə artan ərzaq qiymətləri səbəbindən son 24 ayda “62 yeni qida milyarderi” meydana çıxıb.
Dünyanın ən böyük qida şirkətlərindən biri olan "Cargill" ailəsinə mənsub milyarderlərin sayı pandemiyadan əvvəl 8-dən 12-yə yüksəlib. Üç qida nəhəngi ilə birlikdə "Cargill" dünya kənd təsərrüfatı bazarının 70 faizinə nəzarət edir.
“263 milyon insan yoxsulluq həddindən aşağı düşəcək”
Keçən il orta hesabla 30 faiz artan ərzaq qiymətlərinin pandemiyadan əvvəlki ilə müqayisədə 263 milyon daha çox insanı yoxsulluq həddinin altına salacağı gözlənilir. Bu rəqəm Böyük Britaniya, Fransa, Almaniya və İspaniyanın ümumi əhalisinə bərabərdir və ilin sonuna qədər gündə 1,90 dollarla yaşayan insanların sayını 860 milyona çatdıracaq.
Oxfam Davosda toplaşan dünya liderlərini son 20 ilin ən ciddi yoxsulluq problemini super varlılara sərvət vergisi tətbiq etməklə həll etməyə çağırıb.
Xeyriyyə təşkilatı, Argentinanın pandemiya zamanı milyarderlərə tətbiq etdiyi birdəfəlik vergiyə istinad edərək hökumətlərin oxşar yolu tutmalı olduğunu qeyd edib. Argentina ötən il vergi yığımını 1,5 milyard dollar artırıb.
Təşkilat “nəhəng sərvət və güc monopoliyalarının” yaradılmasının qarşısını almaq üçün daimi sərvət vergisi təklif edib. Belə ki, sərvət vergisi milyonçular üçün 2%, milyarderlər üçün isə 5% oolarsa illik 2,5 trilyon gəlir təmin edər. Oxfam qeyd edir ki, bu rəqəm 2,3 milyard insanı yoxsulluqdan xilas edəcək, aşağı və aşağı-orta gəlirli təbəqələrdə olan hər kəs üçün universal sağlamlıq və sosial müdafiəni təmin edəcək.
Qurumun üçüncü tələbi bütün iri şirkətlərin gözlənilməz gəlirlərinə əlavə vergilər qoymaqla böhrandan sui-istifadənin qarşısını almaqdır. Əvvəllər İngiltərədəki Leyboristlər Partiyası neft və qaz şirkətləri üçün oxşar təkliflə çıxış etmişdi.
Oxfam vurğulayır ki, bu vergi yalnız ən böyük 32 transmilli şirkətə tətbiq edilərsə, 2020-ci ildə 104 milyard dollar resurs əldə edilə bilər.
Oxfam, Covid-19 böhranının milyarderlər üçün tarixdə qeydə alınan ən yaxşı dövr olduğuna diqqət çəkib. Pandemiya dövründə 573 yeni milyarderin yarandığı bildirilir.
Forbes jurnalının siyahısına görə, dünya milyarderlərinin ümumi sərvətinin 12,7 trilyon dollar olduğu təxmin edilir. Bu rəqəm dünya ÜDM-nin 13,9 faizinə bərabərdir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 37 d. əvvəl
- 40 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
44 d. əvvəl
Tramp ABŞ-a idxal olunan ağır yük maşınlarına 25% gömrük rüsumu tətbiq etdi
-
49 d. əvvəl
Tramp 1 oktyabr tarixindən idxal dərmanlarına 100% rüsum tətbiq edəcək
-
58 d. əvvəl
Çin şirkətinin nümayəndə heyəti ilə görüş baş tutub, ARDNF "hazırıq" mesajını verib
- 1 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanın alüminium nəhəngi maliyyə göstəricilərini açıqladı - mənfəəti 5,7 dəfə artıb
-
14 saat əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
14 saat əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
-
14 saat əvvəl
Mahmud Abbas: HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar
- 14 saat əvvəl
Son Xəbərlər

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

Rusiyanın məhdudiyyətləri fonunda neft bahalaşıb

Bosch 13 min işçisini ixtisar edəcək

Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
Ən çox oxunanlar

“Azkredit"in xalis mənfəəti artıb

Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ

Unibank Xankəndidə sahibkarlar üçün təqdimat edib

Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib
