Çörək istehsalı müəssisəsinin antisanitar vəziyyətdə olduğu aşkar edilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Goranboy rayonu, Xoylu kəndində fəaliyyət göstərən, fiziki şəxs Babayev Namiq Hidayət oğluna məxsus çörək istehsalı müəssisəsində keçirilmiş yoxlama zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulduğu aşkar edilib.
Baxış zamanı texnoloji əməliyyatların gedişi prosesinin, məhsulların hazırlandığı və istehsal olunduğu sahələrin normativ tələblərə uyğun olmadığı, həmçinin işçi heyətin ilkin və dövrü olaraq tibbi müayinədən keçmədiyi və şəxsi gigiyena qaydalarına əməl etmədiyi məlum olub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, pozuntuların aradan qaldırılması və müəssisənin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunlaşdırılması barədə icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam edir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 18 d. əvvəl
-
- 33 d. əvvəl
- 37 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
Sabaha olan hava proqnozu
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib





















