“AzerGold” Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında mis axtaracaq
Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının geoloji quruluşu (stratiqrafiya, tektonika, maqmatizm, hidrogeologiya) və faydalı qazıntıları üzrə toplu məlumatlar bazası yaradılacaq.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün Dövlət Proqramı”na edilən dəyişiklikdə öz əksini tapıb.
Ekologiya və Təbii Sərvətlər 2022– 2024-cü illərdə AMEA ilə birlikdə Nazirliyi Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının geoloji quruluşu (stratiqrafiya, tektonika, maqmatizm, hidrogeologiya) və faydalı qazıntıları üzrə toplu məlumatlar bazasının yaradılmasını təmin etməlidir.
Eyni zamanda “Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərində (Kiçik Qafqazın mərkəzi və cənub hissəsi) nəcib və əlvan metallara (mis) perspektivli sahələrdə “AzerGold” QSC” tərəfindən geoloji-axtarış işləri aparılacaq.
XXX
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 mart tarixli 1941 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, təbii sərvətlərdən səmərəli istifadənin təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpasına və infrastrukturunun qurulmasına olan tələbatı ödəməyə qadir olan mineral xammal bazasının formalaşdırılması məqsədilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 mart tarixli 1941 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 323; 2021, № 11, maddə 1235) ilə təsdiq edilmiş “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci hissənin dördüncü abzasının üçüncü cümləsində “AzerGold” QSC-nin kontrakt sahəsində yerləşən” sözləri “Öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənilməsi və səmərəli idarə olunması “AzerGold” QSC-yə həvalə edilmiş” sözləri ilə əvəz edilsin.
2. 5.0.1-ci yarımbənddə “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aidiyyəti dövlət orqanları (qurumları)” sözləri “icraçı qurumlar” sözləri ilə əvəz edilsin.
3. 8-ci hissə üzrə:
3.1. 8.1.1-ci yarımbəndin “Tədbirin adı” sütununda “Lənkəran – Astara iqtisadi rayonu ərazisinin” sözləri “Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərinin” sözləri ilə əvəz edilsin;
3.2. 8.1.5-ci yarımbəndin “Tədbirin adı” sütununda “Masallı-Göytəpə” sözləri “Füzuli, Cəbrayıl və Ağdam rayonları” sözləri ilə əvəz edilsin;
3.3. aşağıdakı məzmunda 8.1.7-ci yarımbənd əlavə edilsin:
8.1.7. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının geoloji quruluşu (stratiqrafiya, tektonika, maqmatizm, hidrogeologiya) və faydalı qazıntıları üzrə toplu məlumatlar bazasının yaradılması Ekologiya və Təbii Sərvətlər Nazirliyi AMEA 2022–2024
3.4.8.2.1-ci yarımbəndin “Tədbirin adı” sütununda “dəmirə, kobalta və nəcib metallara (qızıl, gümüş)” sözləri “nəcib metallara (Çovdar yatağının uzaq cinahlarında – Quytul-Pəyədərə-Nüzgər-Balçılı)” sözləri ilə və həmin yarımbəndin “Digər icraçılar” sütununda “İqtisadiyyat Nazirliyi” sözləri “AzerGold” QSC” sözləri ilə əvəz edilsin;
3.5.8.2.4-cü yarımbəndin “Tədbirin adı” sütununda “Tufan və Somxit-Qarabağ struktur-formasiya zonalarında mis filizinə perspektivli sahələrdə geoloji axtarış”sözləri “Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərində (Kiçik Qafqazın mərkəzi və cənub hissəsi) nəcib və əlvan metallara (mis) perspektivli sahələrdə geoloji-axtarış” sözləri ilə əvəz edilsin və həmin yarımbəndin “Digər icraçılar” sütununa “AzerGold” QSC” sözləri əlavə edilsin;
3.6.8.2.5-ci yarımbəndin “Tədbirin adı” sütununda “Vəndam struktur-formasiya zonasında (İsmayıllı rayonu ərazisində) qızıla perspektivli konqlomeratlarda” sözləri “Daşkəsən filiz rayonunun cənub hissəsində (Zivlən-Alxançallı-Şahkərəm-Qaraqullar-Şahvələdli-Çanaxçı) nəcib və əlvan metal yataqları üzrə” sözləri ilə və həmin yarımbəndin “Digər icraçılar” sütununda “İqtisadiyyat Nazirliyi” sözləri “AzerGold” QSC” sözləri ilə əvəz edilsin;
3.7. 8.2.6-cı yarımbəndin “Tədbirin adı” sütununda “Qusar-Şabran və Şamaxı-Qobustan ərazilərində çökmə mənşəli radioaktiv elementlərə perspektivli sahələrin qiymətləndirilməsi” sözləri “Çovdar nəcib metallar yatağının yaxın cinahlarında kəşfiyyat” sözləri ilə əvəz olunsun və həmin yarımbəndin “Digər icraçılar” sütununa “AzerGold” QSC” sözləri əlavə edilsin;
3.8.aşağıdakı məzmunda 8.2.7 – 8.2.13-cü yarımbəndlər əlavə edilsin:

3.9. 8.3.2-ci yarımbəndin “Tədbirin adı” sütununda “Abşeron və Qobustan rayonları ərazilərində dolomit xammalı ilə bağlı geoloji axtarış” sözləri “Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərində qeyri-filizlərlə bağlı axtarış-qiymətləndirmə” sözləri ilə əvəz edilsin;
3.10.8.3.4-cü yarımbəndin “Tədbirin adı” sütununda “Qobustan, Xızı, Abşeron rayonları ərazisində bentonit gilləri ilə bağlı” sözləri “Laçın rayonu ərazisində mineral gübrə xammalları ilə bağlı perspektivli sahələrdə” sözləri ilə əvəz edilsin;
3.11.8.3.6-cı, 8.3.8-ci, 8.3.9-cu, 8.5.3-cü, 8.5.5-ci, 8.6.1-ci, 8.7.2-ci və 8.8.2-ci yarımbəndlər ləğv edilsin;
3.12.8.4.2-ci yarımbəndin “Tədbirin adı” sütununda “rayonunun” sözü “və Qobustan rayonlarının” sözləri ilə və həmin yarımbəndin “İcra müddəti” sütununda “2021” rəqəmləri “2022” rəqəmləri ilə əvəz edilsin;
3.13. 8.4.4-cü yarımbəndin “Tədbirin adı” sütununda “Ekoloji təhlükə yaranan ərazilərin bərpası üçün kompleks geoloji, geoekoloji və hidrogeoloji tədqiqatlar” sözləri “Cəbrayıl düzənliyinin (Zəngilan, Cəbrayıl və Füzuli rayonları ərazisi) yeraltı su yataqlarının təftişi və qiymətləndirilməsi işlərinin” sözləri ilə və həmin yarımbəndin “İcra müddəti” sütununda “2020” rəqəmləri “2022” rəqəmləri ilə əvəz edilsin;
3.14.aşağıdakı məzmunda 8.4.5-ci və 8.4.6-cı yarımbəndlər əlavə edilsin:

3.15. 8.5.4-cü yarımbəndin “Tədbirin adı” sütununda “geoloji tektonik quruluşunun öyrənilməsi və seysmohidrogeodinamik şəraitinin qiymətləndirilməsi” sözləri “geoloji-tektonik quruluşunun öyrənilməsi” sözləri ilə əvəz edilsin;
3.16. 8.8.1-ci yarımbəndin “Tədbirin adı” sütununda “yeni buruq-qazma avadanlığının, geofiziki cihazların, topoqrafik GPS-lərin, planşetlərin, yeni nəsil kompüterlərin alınması və müasir proqram təminatlarının” sözləri “müasir geofiziki cihazların,kompüterlərinvə proqram təminatının” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 may 2022-ci il
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 44 d. əvvəl
-
-
57 d. əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
1 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
-
2 saat əvvəl
Bakı-Sumqayıt ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABB 2025-ci ili artan mənfəət və güclənən kapital göstəriciləri ilə başa vurub
-
2 saat əvvəl
Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin
-
3 saat əvvəl
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
Ən çox oxunanlar
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
Agentlik şirkətin provayder kimi uçotunu ləğv etdi
























